Xalq Bank beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi axtarır

Mütəxəssis

Xalq bank


İşəgötürən: Xalq Bank

Vakansiya: Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi

Son tarix: 08 iyul 2022

İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə

Şəhər: Bakı

Namizədə dair tələblər:

– Ali iqtisadi və ya beynəlxalq iqtisadi əlaqələr üzrə ali magistr təhsili;

– Azərbaycan, ingilis və rus dillərini səlis bilmək, işgüzar yazışmalar aparmaq qabiliyyəti, güclü kommunikasiya qabiliyyəti;

– MS Office proqramları ilə işləmək bacarığı;

– Sürətli pul köçürmə sistemləri və maliyyə təşkilatları ilə iş üzrə 1 il təcrübə arzu olunandır;

– Dəqiqlik, məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək qabiliyyəti;

– Komandada işləmək bacarığı;

– Planlaşdırma və təhlil bacarığı, xarici bazarlar üzrə araşdırmalar aparmaq qabiliyyəti.

İşin təsiviri:

-Bankın yerli və xarici tərəfdaş banklarla, müxtəlif maliyyə qurumları ilə əlaqələrinin qurulmasını təşkil etmək və əməkdaşlığı davam etdirmək;

-Gündəlik sənədləşmə işinin aparılması; mütəmadi olaraq müxtəlif sorğuların cavablandırılması və zəruri sənədlərin hazırlanıb tərəfdaşlara təqdim edilməsi; 

-Yerli və xarici tərəfdaş bankların və maliyyə qurumlarının qarşısında Bankın nüfuzunun  yüksək səviyyədə saxlanılması üçün öz təkliflərini vermək və müvafiq tədbirləri həyata keçirmək; 

-Yeni potensial tərəfdaş bankların və maliyyə qurumlarının müəyyən olunması istiqamətində araşdırmalar aparmaq və təkliflər vermək;

-Yerli və xarici sürətli pul köçürmə sistemləri və yerli ödəniş sistemləri  ilə əlaqələrin qurulması, gündəlik olaraq sürətli pul köçürmələri və ödənişlər üzrə yaranan problemlərin aradan qaldırılması, Bankın filiallarından daxil olan sorğuların cavablandırıması;

-Bankın beynəlxalq sərgilərdə, konfranslarda, yerli və xarici tərəfdaş bankların, sürətli pul köçürmə sistemlərinin tədbirlərində Bankın təmsil olunması.

Qeyd: Tələblərə uyğun olmayan və mail-də “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan CV-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, Xalq Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri: 

E – mail: [email protected]

Telefon: (012) 404 43 39

Faks: (012) 404 43 34 


©️ 2022

070 231 45 70

[email protected]