Veysəloğlu Yaycılı Qardaşlar HVAC mütəxəssisi axtarır

İşəgötürən: Veysəloğlu Yaycılı Qardaşlar
Vakansiya: HVAC mütəxəssisi
Son tarix: 16 iyun 2023
Vəzifə öhdəlikləri:
-İstehsalat prosesində İsitmə-soyutma, hava tədarükü sistemlərin/avadanlıqların mexaniki, elektron və avtomatlaşdırılmış hissələrində müayinə və yoxlamaların həyata keçirilməsi, texniki xidmət, təmir-bərpa, yoxlamalar zamanı aşkarlanan nasazlıqlar və problemlərlə bağlı müvafiq rəy və göstərişlərin verilməsi , quraşdırma , sazlama , sınaq və istismara buraxılması işlərin icrası;
-Avadanlıqların (yük hesabatlarının) soyutma-isitmə güclərinin, hava miqdarının və digər texniki parametrlərinin düzgün yoxlanılması;
-Havalandırma, isitmə və soyutma sistemlərinin güclərinin hesablanması və ərazinin sahəsinə uyğun rəy verilməsi;
-Qırılan və ya qüsurlu komponentlərin təmiri və ya dəyişdirilməsini təmin etmək;
-Təmir edilmiş komponentlərin və mexanizmlərin normal işləməsi üçün yoxlama testlərini təmin etmək;
-Təmir işlərinin sənədləşdirilməsini təmin etmək. Layihə sənədlərinin texniki şərt və normalara uyğunluğunun yoxlanılması
-Məsul olduğu sahələrdə avadanlıqların və texniki qurğular üçün texniki qulluq büdcə planın hazırlanmasında iştirak etmək;
-Texniki qulluq üçün lazım olan ehtiyat hissə, alət və avadanlıqların planlı şəkildə təminatını təmin etmək;
-Məsul olduğu sahələrdə planlaşdırılan və yerinə yetirilmiş işlər üzrə tələb olunan qaydada rəhbərliyə hesabatların təqdim olunmasını təmin etmək.
Tələblər:
-Müvafiq sahə üzrə Peşə və ya Ali təhsil;
-Müvafiq ixtisası təsdiq edən təlim şəhadətnaməsi;
-Müvafiq sahə üzrə minimum 5 il təsdiqli iş təcrübəsi;
-Təmir mühəndisi kimi sübut edilmiş iş təcrübəsi;
-Fiziki sağlamlıq və yüksəklikdə iş bacarığı;
-Yaşayış və kommersiya ərazilərinə dair isitmə-soyutma və havalandırma standartlar və tələblər üzrə əsaslı biliklər;
-Yaxşı ünsiyyət və hesabatlılıq bacarıqları;
-Fövqəladə və qəza hallarında səriştəli hərəkət etmək bacarıqları.
-Sistem layihə və sxemlərini oxuma bacarığı;
-Texniki problemlərə diaqnoz qoymaq və aradan qaldırılması bacarıqları;
-Təhlükəsizlik və avadanlıq təmiri prosedurlarını anlama;
-Yaxşı ünsiyyət və təlim bacarıqları;
-AutoCad və MS Office proqramlarından istifadə bacarığı;
-Hesabat hazırlama və analiz etmə bacarığı;
-Elektrik motorları və panelləri ilə işləmə bacarığı;
-Soyutma (Çiller, compressor, kondisioner və s ) sistemləri ilə işləmə bacarığı.
-Əməyin mühafizəsi təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını, daxili intizam qaydalarını bilməli və əməl etməli.
İş şəraiti:
-İş yeri: Keşlə, 2-ci Eninə küç,2. Ulduz Şokolad Fabrikinin binası;
-Nahar şirkət tərəfindən təmin olunur;
-Servis xidməti mövcuddur;
-Əmək haqqı: müsahibə əsasında
-İş qrafiki: 5 gün, 09:00 – 18:00
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 İyun 2023-cü il tarixinədək emailin mövzu hissəsində “HVAC mütəxəssisi” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 20 saat, 5 dəq
- 20 saat, 51 dəq
- 21 saat, 29 dəq
- 22 saat, 16 dəq
- 22 saat, 17 dəq