Veysəloğlu MMC tələb planlama üzrə mütəxəssis axtarır
İşəgötürən: Veysəloğlu MMC
Vakansiya: Tələb planlama üzrə mütəxəssis
Son tarix: 28 oktyabr 2022
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.
Vəzifə funksiyaları:
-SO99+ proqramında əsas məlumatların saxlanılması
-Marketinq, Kommersiya və təchizatın planlaşdırılması şöbələri ilə yaxından əməkdaşlıq etmək
-Satış tarixçəsinin anormal sıçrayışlardan tələb olunan səviyyədə təmizlənməsi
-Məhsul ehtiyatı / Satış sahəsi səviyyəsində tendensiya, mövsümilik nümunələrinin təhlilini aparmaq
-Marketinq tədbirləri, reklam aksiyaları və ticarət fəaliyyətlərindən əsas proqnoz və artım təsirləri yaratmaq
-Məhdudiyyətsiz tələb proqnozu yaratmaq
-Ünvanlı tələb proqnozunun dəqiqliyini təkmilləşdirmək və təmin etmək
-Proqnoz, xidmət və inventar hədəflərində prioritetləri müəyyən etmək üçün ABC XYZ təhlilini aparmaq
-Nəticələri strukturlaşdırılmış şəkildə (cədvəl və diaqramlar, İYA) çoxfunksiyalı komandaya təqdim etmək
-Aylıq əsaslarla tələb proqnozunu MFT ilə uyğunlaşdırmaq
-Təchizatın planlaşdırılması, 3pl tərəfdaşları, maliyyə və maddi texniki təchizat departamentlərinə etibarlı həftəlik proqnoz təqdim etmək
-Ssenarinin planlaşdırılmasına dəstək vermək
-Əldə olunan nəticələri yerli əlaqələndirici şəxslər ilə paylaşmaq və proqnozun dəqiqliyini optimallaşdırmaq üçün lazım olan proqnoz tənzimləmələrini həyata keçirmək
-Yerli proseslərini, mədəniyyətini və tələblərini başa düşmək üçün təyin edilmiş bazarlarda əsas əlaqələndirici şəxslərlə ilə komandaya əsaslanan münasibətləri saxlamaq və təkmilləşdirmək.
Vəzifə tələbləri:
-Təchizat Zəncirinin idarə olunması ilə əlaqəli Biznes idarəçiliyi üzrə Universitet dərəcəsi və ya ticari təhsil üzrə dərəcə
-Müvafiq vəzifədə minimum 1 il təcrübə
-Güclü analitik və problem həll etmə bacarıqları
-Qabaqcıl planlaşdırma sistemindən istifadə sahəsində təcrübə müsbət hal hesab edilir
-MS Office üzrə güclü biliklər, MS Excel üzrə geniş bacarıqlar( Pivot tables/Charts/Sum/Count/IF/Vlookup)
-Çox yaxşı ünsiyyət bacarıqları və beynəlxalq, dinamik mühitdə müxtəlif iş yükünə çevik reaksiya vermək qabiliyyəti
-Müsbət təfəkkür, yenilikçi düşüncə və qətiyyətlilik
-Çox məsuliyyətli müstəqil iş davranışı və davamlı inkişaf təfəkkürü
-Azərbaycan / ingilis / rus dillərində səlis danışıq qabiliyyəti
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
-İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
-Nahar ilə təmin edilmə.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Tələb planlama üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
2 ay, 1 həftə, 6 gün, 4 saat, 52 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 2 gün, 5 saat, 47 dəq
- 7 ay, 2 həftə, 2 gün, 7 saat, 40 dəq
- 10 ay, 3 həftə, 2 saat, 25 dəq
-
11 ay, 1 gün, 21 saat, 56 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır