Veysəloğlu MMC sənəd dövriyyəsi üzrə mütəxəssis axtarır

İşəgötürən: Veysəloğlu MMC
Vakansiya: Sənəd dövriyyəsi üzrə mütəxəssis
Son tarix: 29 avqust 2022
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
İşin xülasəsi:
-Sənəd dövriyyəsinin təmin olunması.
Vəzifə funksiyaları:
-Daxil olan sənədləri qəbul etmək və qeydiyyatını aparmaq;
-Sənədləri aidiyyatı üzrə bölüşdürmək və icraçılara çatdırılmasını təşkil etmək;
-Sənədlərin göndərilməsini təşkil etmək və icra müddətinə nəzarət etmək;
-Sənədlərin surətini çıxarma, çoxaltma və elektronlaşdırma işini həyata keçirmək;
-Sənədləri işlər üzrə formalaşdıraraq arxivə vermək;
-Ay ərzində göndərilən sənədlərin siyahısını poçt xidmətləri ilə tutuşdurmaq və poçt xidmətinə görə daxil olan hesabları dəqiqləşdirmək;
-Göndərilən sənədlərin ünvana çatmasına davamlı olaraq nəzarət etmək və çatma xəbərnamələrini poçt xidmətindən tələb etmək;
-Xaricdən şirkətə nümunə malların gətirilməsini təşkil etmək;
-Zəruri sənədlərdə düzəlişlər aparmaq;
-Korlanmış rəsmi blankların hesabatını aparmaq;
-Hər ayın ilk həftəsi sənəd dövriyyəsinin, poçt məsrəfləri və düzəlişlərin hesabatını vermək.
Vəzifə tələbləri:
-Azərbaycan dilinin filologiyası üzrə ali təhsil
-Azərbaycan dilində yüksək yazı bacarığı;
-MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Müraciət qaydaları:
Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Sənəd dövriyyəsi üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
16 saat, 22 dəq
Apteklər şəbəkəsinə “Müştəri xidmətləri üzrə operator” tələb olunur (Gəncə)
-
16 saat, 34 dəq
“Nəqliyyat vasitələrinin izlənməsi üzrə mütəxəssis” tələb olunur
- 17 saat, 10 dəq
- 18 saat, 21 dəq
- 1 gün, 9 saat, 36 dəq