Veysəloğlu MMC satınalma üzrə mütəxəssis axtarır

İşəgötürən: Veysəloğlu MMC
Vakansiya: Satınalma üzrə mütəxəssis
Son tarix: 25 sentyabr 2022
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.
Vəzifə funksiyaları:
-Mal alım planlaşdırmasına nail olmaq və kommersiya məqsədli malların alınması üzrə fəaliyyəti həyata keçirmək.
-Tədarükçülərlə müqavilələrin danışığını aparmaq, müqaviləni hazırlanan protokol əsasında imzalanması üçün rəhbərliyə təqdim etmək.
-Alınacaq malların qiymət təklifini almaq, məhsulların etiketlərinin tərcüməsini etdirmək, məhsulların məlumatını əldə etmək.
-Alınacaq malların sifarişini hazırlamaq və SAP sistemə daxil etmək, nəqliyyat sifarişini vermək.
-Razılaşdırılmış sifarişi müvafiq tədarükçüyə göndərilməsinə nəzarət etmək və bəzi hallarda tədarükçünün sisteminə daxil etmək.
-Razılaşdırılmış sifarişi müvafiq tədarükçüdən sifarişin miqdarını kontrol etmək üçün sənəd tələb etmək və ödənməsini təşkil etmək, ödəmə prosedurunda lazım olan prosesləri yerinə yetirmək.
-İşin icrası üçün lazımi sənəd dövriyyəsini təşkil etmək.
-Sifarişə dair müəyyən dövlət əhəmiyyətli icazələrin alınması üçün müraciət edərək prosesi kontrolda saxlamaq
-Sifarişə dair gömrükləmə zamanı çıxan problemlərin həll olunması üçün bilavasitə iştirak etmək
-Sifarişə dair anbarı öncədən məlumatlandırmaq
-Sifariş anbara boşaldıldıqdan sonra keyfiyyət, kəmiyyət düzgün yüklənməməsi zamanı yaranan problemləri həll etmək, iddia məktublarının hazırlamaq.
-Cavabdeh olduğu tədarükçülərin sifariş olunan mallar üzrə stok səviyyəsini lazım olan səviyyədə saxlamaq.
-Vəzifə funksiyalarının yerinə yetirilməsi zamanı üst rəhbərlərdən gələn təlimat və göstərişləri qəbul etmək və zamanında icra etmək.
-Müəyyən olunmuş və ya tələblərə uyğun hesabatların hazırlanmasında iştirak etmək və təqdim etmək, hazırlanması ilə bağlı təkliflər vermək.
-Tədarükçülərlə olan görüşlərdə iştirak etmək və planları yaxından izləmək.
Vəzifə tələbləri:
-Ali təhsil
-Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi
-MS Office , xüsusilə Excel proqramını yaxşı bilmək
-Azərbaycan, Rus, və İngilis dillərini səlis bilmək
-Verilən tapşırıqları təyin olunmuş müddətdə icra etmək
-Problemləri operativ həll etmək
-Yüksək ünsiyyət bacarığı
-Punktuallıq və detallara diqqət etmə bacarığı
-Analitik düşünmə və təhlil etmə qabiliyyəti
-Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Satınalma üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 1 gün, 18 saat, 14 dəq
- 5 gün, 18 saat, 4 dəq
- 5 gün, 18 saat, 7 dəq
- 6 gün, 11 saat, 22 dəq
- 6 gün, 12 saat, 4 dəq