Veysəloğlu MMC korporativ hüquq və müqavilələr üzrə hüquqşünas axtarır

Hüquqşünas

veysəloglu


İşəgötürən: Veysəloğlu MMC

Vakansiya: Korporativ hüquq və müqavilələr üzrə hüquqşünas

Son tarix: 01 sentyabr 2022

İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.

Vəzifə funksiyaları: 

-Biznesin fəaliyyətinə təsir edə bilən normativ hüquqi aktların siyahısı, ixtisaslaşdırılmış hüquqi nəşrlərin təhlili ilə tanış olur və tələb olunduğu təqdirdə daha vacib normativ hüquqi aktların ümumiləşdirilmiş siyahısını hazırlayır.

-Hüquqi sənədlərin uçotunu aparır.

-Hüquqi sənədlərin işlənib hazırlanmasında, cavabların hazırlanmasında iştirak etmək, qanunvericiliyin tətbiqi ilə bağlı mübahisəli məsələlərə dair rəylər hazırlamaq.

-Sənədlərin hazırlanması, hüquqi məsələlərin həlli və digrər əlaqəli işlərlə  bağlı rəhbərin göstərişlərini yerinə yetirmək.

-Müqavilə işinin aparılması tənzimlənməsində iştirak etmək, prosesin təkmilləşdirilməsi istiqamətində zəruri addımlar atmaq və şirkət daxilində müqavilə şində iştirak edən əməkdaşlar tərəfindən prosedur qaydalara əməl edilməsinə nəzarət etmək, maarifləndirmə işinin aparılmasını təmin etmək; 

-İş prosesində istifadə olunan bütün proqramlarda müqavilələrin tərtibatına, qeydiyyatına və digər proseslərə dair müvafiq qeydiyyatın aparılması;

-Müqavilə bağlanılmasına aid zəruri görüş və danışıqlarda iştirak edilməsi; 

-Müqavilənin rəsmiləşdirilməsi və analizi prosesində aşkarlanan çatışmazlıqların qeydiyyatının aparılması və onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi; 

-Təyin edilmiş müddət çərçivəsində görülən işlər barədə hesabatların hazırlanması.

Vəzifə tələbləri:

-Analitik düşünmə və problemləri həll etmə bacarığı;

-Hüquqi nitq və yazışma qabiliyyəti;

-Müvafiq sahədə ən azı 3 il təcrübəyə malik olması;

-Azərbaycan Respublikasının qanunlarını, mülki, mülki prosessual, inzibati və inzibati prosessual qanunvericiliyi, icra haqqında qanunu, əmək qanunvericiliyini və beynəlxalq qanunvericiliyi yüksək səviyyədə bilməli;

-Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;

-MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar: 

-İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma

-Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: 

Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Korporativ hüquq və müqavilələr üzrə hüquqşünas” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər. 

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaqdır.     

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]