Vergi üzrə mühasib axtarılır

Mühasib


“Fresh Logistics”  “Vergi üzrə Mühasib” vəzifəsi üzrə vakansiya elan edib.

Vəzifə ilə bağlı biliklər:

– Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinin təşkilini həyata keçirmək və prosesə nəzarət etmək;

– Daxil olan və çıxan pul vəsaitinin uçotunun, mühasibat uçotu hesablarında onların hərəkətinin, istehsal dövriyyəsinin və xərclərinin, xərclər smetasının hazırlanmasının, məhsulun satışının, iş və xidmətlərin yerinə yetirilməsinin, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunun təşkilini həyata keçirmək və prosesə nəzarət etmək;

– Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət etmək;

– Vergi, DSMF, Statistika hesabatlarını təqdim etmək;

– Vergi tutma məqsədləri üçün gəlir və xərclərin uçotunu aparmaq;

– Vergi orqanları ilə görüşlərdə iştirak etmək və yazışmalar həyata keçirmək;

– Debitor və kreditorlarla hesablaşmalara nəzarət etmək;

– Kreditor və debitor borclarının uçotunun, xərclərin, əsas vəsaitlərin, maliyyət mühasibəsinin, anbar mühasibəsinin və digər baş kitab əməliyyatlarının tam və dəqiq olmasını, müvafiq qanun və qaydalara, eləcədə beynəlxalaq və daxili mühasibatlıq standartlarına uyğun olmasını təmin etmək və nəzarətdə saxlamaq;

– Vergi uçotu ilə bağlı fəaliyyətlərin, vergi məqsədli maliyyə hesabatlarının hazırlanıb təqdim edilməsini təmin etmək və nəzarətdə saxlamaq;

Hesablar planının, eləcə də hesablar planı təlimatının tam şəffaf tətbiq edilməsini təmin etmək.

– Mühasibatlığa aid olan qanunvericilikdə dəyişiklikləri izləmək, onlara uyğun Şirkətin mühasibatlıq siyasətlərnin və qaydalarını yeniləşdirmək, tətbirlər planını hazırlayıb Maliyyə Direktoruna təqdim etmək;

– Vergi qanunvericiliyində olan dəyişiklikləri izləmək, vergi planlarını həyata keçirmək;

Namizədə tələlər:

– Təhsil: Maliyyə və ya mühasibatlıq sahəsi üzrə ali ixtisas təhsili;

– Təcrübə: Qeyd olunan vəzifə üzrə 2 ildən az olmayaraq iş təcrübəsi;

– Kompüter biliyi: Microsoft Ofis (Excel proqramı peşəkar səviyyədə) proqramlarında sərbəst işləmə bacarığı, ERP işləmə bacarığı;;

– Vaxtın düzgün idarə edilməsi qabiliyyəti;

– Dil biliyi: Azərbaycan (Rus və İngilis dil bilikləri arzuolunandır)

İş şəraiti:

     – Həftə ərzində 5 günlük iş qrafiki

     – İş saatı: 09:00-18:00

     – Əmək haqqı: 1000-1200 AZN

·     – İş yeri: Bakı şəh., Ələsgər Qayıbov 11B

Maraqlanan namizədlər öz cv formalarını [email protected] mail ünvanına göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]