Vakansiya: Xəzinədarlıq üzrə mühasib tələb olunur

İşəgötürən: MKT İstehsalat Kommersiya MMC
Vakansiya: Xəzinədarlıq üzrə mühasib
Son tarix: 12 iyun 2022
Vəzifə öhdəlikləri:
-Bank hesab qalıqlarının gündəlik üzləşdirilərək əməliyyat sistemində daxil edilməsi və yoxlanılması;
-Cari bank ödəmələrinin həyata keçirilməsi;
-Xarici valyutada ödəmələrin əməliyyatın xarakterinə uyğun həyata keçirilməsi;
-Avans valyuta ödənişlərinin gömrük bəyənnamələri əsasında yoxlanılaraq banka təqdim edilməsi və onların Elektron Gömrük Portalında bağlanılmasının təmin edilməsi;
-Konsiqnasiya yolu ilə ixrac olunmuş malların daxilolmalarının banka təqdim edilərək Elektron Gömrük Portalında bağlanılmasının təmin edilməsi;
-Şirkət üzrə nağd vəsait qalıqlarının nəzarətdə saxlanılaraq bank hesabına köçürülməsinin təmin olunması;
-Bank kartları, o cümlədən təhtəl hesab kartlarla əməliyyatlara, limitlərə nəzarət və uçotun təşkil olunması;
-Banklardan alınmış kreditlər və yerləşdirilmiş depozitlərin faizlərinin hesablanılaraq bankla üzləşdirilməsi və əməliyyat sistemində əks olunması;
-Bank komissiyalarının müqavilələrlə eyniliyinin yoxlanılması və əməliyyat sistemində əks etdirilməsi;
-Əməliyyat olduğu günlərdə mərkəzi kassanın sayımı, elektron kassa kitabının tərtibi və aktlaşdırılması;
-Nağd resurslar və onlara bərabər sayılan ekvivalentləri ilə bağlı gündəlik və dövri hesabatların hazırlanması.
Tələblər:
-Maliyyə, mühasibat uçotu üzrə ali təhsil;
-2 il bank və mühasibat sahəsində təcrübə;
-Nağd resursların idarə olunması sahəsində sertifikatların olması arzuolunandır;
-Azərbaycan dilini şifahi və yazılı əla səviyyədə bilmək;
-MS Office, 1C (8/3) işləmək bacarığı;
-Mühasibatlıq və maliyyə idarəetməsi sahəsində biliklər;
-Vergi qanunvericiliyi sahəsində işi ilə bağlı biliklər;
-Valyuta rejimi və ölkədən kənara və daxilə valyuta hərəkətləri ilə bağlı qanunvericiliyi bilmək;
-Vergi, Gömrük portalları işləməyi bacaqmaq;
-Ödəmələrlə bağlı sənədlərin hazırlanması sahəsində səriştə;
-Kassa əməliyyatlarının aparılması qaydalarını bilmək.
Səriştələr:
-Məsuliyyətli
-Şəxsi inkişafa meylli
-Pozitiv
-Nailiyyət yönümlülük
-Etibarlılıq
-Dürüstlük
Əlavə məlumat:
-Əmək haqqı müsahibə əsasında təyin olunacaqdır;
-İş qrafiki: Beş günlük iş həftəsi;
-İş yeri: Bakı şəhəri, Qafqaz Business Center;
-Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
- 1 ay, 3 həftə, 2 gün, 17 saat, 5 dəq
-
2 ay, 4 gün, 12 saat, 36 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 həftə, 1 gün, 20 saat, 34 dəq
- 2 ay, 1 həftə, 5 gün, 20 saat, 24 dəq
- 2 ay, 1 həftə, 5 gün, 20 saat, 27 dəq