Vakansiya: Xarici satınalma mütəxəssisi tələb olunur

Mütəxəssis


İşəgötürən: ATEF Şirkətlər Qrupu

Vakansiya: Xarici satınalma mütəxəssisi

Son tarix: 19 may 2022

İş yeri:  Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi,

Əmək haqqı: 800-1000 AZN

İş şəraiti:

-5 günlük iş həftəsi, 08:00-17:00

-Nahar fasiləsi: 13:00-14:00

-Nahar müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat:

-Açılan sifarişləri vaxtında və dəqiq yerinə yetirmək;

-Xarici şirkətlərlə əlaqələr, əməkdaşlıqlar qurmaq, partnyorların cəlb olunması istiqamətində danışıqlar aparmaq və müqavilələr hazırlayıb təsdiq etdirmək;

-Partnyor şirkətlərin məlumat bazasını yaratmaq;

-Sifariş üzə bazar araşdırması aparmaq və yeni tədarükçülər tapmaq;

-Rəhbərlik tərəfindən verilmiş mövzu ilə bağlı tədqiqatlar aparmaq və nəticələr barədə hesabat hazırlamaq;

-Təchizatçı tərəflərlə işgüzar yazışma və danışıqlar aparmaq;

-Qiymət araşdırması etmək və tenderləri həyata keçirmək;

-Avadanlıq və mal-material tədarükçülərinin axtarışını təşkil və təhlil etmək;

Tələblər:

-Ali təhsilli;

-Azərbaycan, rus (sərbəst) və ingilis dillərini bilməli;

-Xarici satınalma ilə bağlı 1-3 il iş təcrübəsi olmalı;

-MDB ölkələri ilə iş təcrübəsi olmalı;

-MS Office ( Word, Excell, Power Point) proqramlarında işləməyi bilməli;

-Yaş həddi 25-45;

-Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı;

Namizədin şəxsi keyfiyyətləri:

-Fikrini izah etmək qabiliyyəti; 

-Ezamiyyə imkanları; 

-Ünsiyyət yaratmaq bacarığı;

-İşə planlı yanaşması; 

-Fəal olması və komandada işləmək bacarığı.

Bu vəzifəyə müraciət etmək üçün CV-ni göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Xarici satınalma mütəxəssisi” Mövzu bölməsində göstərin.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]