Vakansiya: Ticarət nümayəndəsi tələb olunur (İmişli)

İşəgötürən: AGRO – WEST DC LLC
Vakansiya: Ticarət nümayəndəsi (İmişli)
Son tarix: 06 iyun 2022
Bölgə: İmişlidə yaşayan namizədlərə üstünlük verilir (İmişli, Beyləqan, Füzuli, Saatlı, Sabirabad və Şirvan üzrə)
Əmək haqqı: 1000-1500azn
Fəaliyyət sahəsi: Kolbasa Satışı
İş qrafiki: Tam
İş təcrübəsi: Satış sahəsində 1 ildən 3 ilə qədər
Təhsil: Ali/Orta
Vəzifəyə olan tələblər:
-Korporativ müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək;
-Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analizi aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək;
-Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək;
-Soyuq zənglər, görüşlər və təqdimatlar həyata keçirməklə satışın təşkili;
-Qarşıya qoyulan hədəflərə yönəlik fəaliyyət göstərmək;
-Görülən işlərə dair gündəlik və aylıq hesabatların birbaşa rəhbərə verilməsi;
Namizədə olan tələblər:
-MS Office proqramlarını bilməsi arzu olunandır;
-Satış üzrə minimum1 il təcrübə;
-Soyuq satışların aparılmasında təcrübə;
-Şəxsi avtomobil və B,BC kateqoriyalı sürücülük vəsiqəsinin olması vacibdir;
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə ” Ticarət nümayəndəsi – İmişli üzrə ” yazaraq göndərə bilərlər.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 2 gün, 3 saat, 3 dəq
- 2 gün, 3 saat, 5 dəq
- 2 gün, 3 saat, 7 dəq
- 2 gün, 3 saat, 10 dəq
- 2 gün, 3 saat, 14 dəq