Vakansiya: Sifariş toplama operatoru tələb olunur

Operator


İşəgötürən: Zakaz.az

Vakansiya: Sifariş toplama operatoru

Son tarix: 21 may 2022

İş barədə məlumat:

-Kassa nəzarəti və iş növbəsinin bitdiyi zaman təhvil-təslimi

-Telefon zənglərinin qaydalara uyğun cavablandırılması

-Daxili qaydalara uyğun depo sayımında iştirak

-Depoya qəbul olunan malların boşadılması və yüklənməsi 

-Məhsulların xüsusi (app və dispetçer) proqram üzərindən düzgün, cəld və operativ qəbulu, sifarişlərin düzgün şəkildə icra olunması

-Məhsulların tarix kontroluna nəzarət

-Daxili təmizlik qaydalarına riayət olunması 

-Anbardakı vitrinlərin daim dolu saxlanılmasına nəzarət etmək

-Sifarişlərin toplanıb, qablaşdırılıb kuryerə təhvil verilməsi

Namizədə tələblər:

-Yaş 20-35

-Bacarıqlı və çevik olmalı

-Verilən tapşırıqları vaxtında icra etməli

-Stress altında işləmək bacarığına sahib olmalı

-Market sahəsində 1il iş təcrübəsi

-3 Növbəli iş rejimi

Maraqlananlar öz CV formalarını göndərə bilər. Nəsimi rayonu və Nərimanov rayonu ətrafı ərazilərdə yaşayanlara üstünlük verilir. (məktubun mövzu bölməsində, Sifariş toplama operatoru qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]