Vakansiya: Satış və marketinq üzrə baş mütəxəssis tələb olunur

İşəgötürən: Heritus Logistika MMC
Vakansiya: Satış və marketinq üzrə baş mütəxəssis
Son tarix: 21 may 2022
İş yeri: Bakı şəhəri
Vəzifə öhdəlikləri:
-Logistika İdarəetmə Sistemini bilmək;
-Analitik və logistik planlaşdırma həyata keçirmək;
-Bazar araşdırması aparmaq, aktual qiymət siyasətini təhlil etmək, bazar tendensiyalarını və rəqibləri təhlil etmək; müştəri tələbatlarını öyrənmək;
-Mövcud və yeni prespektivli müştərilərlə effektiv əlaqələrin yaradılması, əlaqələrin davamlı inkişafı , müştəri ehtiyaclarının həlli;
-Biznesin əhatə dairəsini genişləndirmək üçün potensial müştəriləri təyin etməklə izləmək;
-Cari və gələcək müştərilərlə satış görüşləri planlaşdırmaq və həyata keçirmək; təkliflər təqdim etmək, təqdimatlar hazırlamaq;
-İşgüzar danışıqlar aparılmaqla, şirkətin xidmətlərini satmaq, müqavilələrin bağlanması;
-Yeni müştərilər ilə indivdual və online görüşlərin təşkili olunması və iştirak;
-Müraciətçilərə şirkət və şirkətin göstərdiyi xidmətlər haqqında dolğun,düzgün və ətraflı məlumat verilməsi və ilkin əlaqəni qurulması;
-Daxil olan sifarişlərin qəbulu, onların işlənməsivə informasiyanın digər müvafiq şöbələrə yönləndirməsi;
-Müştərilərə qiymətlər, ödəniş şərtləri və digər maliyyə məlumatları barədə məsləhət vermək;
-Kommersiya təkliflərinin və təqdimatlarının hazırlanması;
-Müştərilərin sorğularının dərhal, operativ şəkildə cavablandırılması;
-Müştərilər ilə yaranan problemləri müəyyənləşdirib, effektiv həllini həyata keçirmək;
-Müştərilərin məmnun qalmasını, suallarının cavablandırılmasını və ehtiyaclarının ödənilməsini təmin etmək üçün onlarla münasibətləri gücləndirmək,müştəri məmnuniyyəti sorğu anketlərini doldurtmaq;
-Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatların təqdim edilməsi.Günlük , həftəlik və aylıq görüşlərin planlaması, təqdimatı;
-Qabaqcıl satış biliklərini nümayiş etdirmək və şirkətin bütün siyasət və prosedurlarından xəbərdar olmaq;
-Beynalxalq daşımalarda qruppaj yüklər ürə geniş portfele sahib olmaq;
-Tədbirlərdə, sərgilərdə və işgüzar görüşlərdə müəsisəni təmsil etmək.
Tələb olunan bilik və bacarıqlar:
-Təhsil: Ali
-Azərbaycan, Türk , Rus və İngilis dili yaxşı yazılı və şifahi ünsiyyət bacarıqları;
-MS Office biliyi yaxşı səviyyədə bilmək;
Təcrübə:
-Beynəlxalq yükdaşımalar üzrə azı 5 il iş təcrübəsi;
Bacarıqlar:
-Güclü iş etikasına sahib olmaq
-Aydın və sərbəst şəkildə ünsiyyət bacarığı
-Kommunikasiya bacarıqlarının sahib olmaq
-Analitik düşünmə, problemi həll etmə bacarığı, diqqətli, nəticəyə yönümlük qabiliyyəti
-Müstəqil, və komanda şəklində işləmək bacarığı
-Stress altında işləmə və iş yükünə davamlılıq qabiliyyəti
-Deadline ilə işləmək bacarığı
-Yeniliklərə açıq olmaq
İş barədə məlumat:
-Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
-Nahar ilə təmin edilmə.
-Mobil rabitə xidməti ilə təmin olunması
-İş qrafiki: 5 günlük, 09:00-18:00
Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “ Satış və marketinq üzrə baş mütəxəssis ” yazaraq CV göndərməklə müraciət edilir.
Vakansiyalar
- 1 ay, 3 həftə, 1 gün, 15 saat, 14 dəq
-
2 ay, 3 gün, 10 saat, 45 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 həftə, 18 saat, 43 dəq
- 2 ay, 1 həftə, 4 gün, 18 saat, 33 dəq
- 2 ay, 1 həftə, 4 gün, 18 saat, 36 dəq