Vakansiya: Satış üzrə mütəxəssis tələb olunur
İşəgötürən: Caspel
Vakansiya: Satış üzrə Mütəxəssis
Son tarix: 12 iyun 2022
Struktur hissəsi: Satış Şöbəsi
Birbaşa tabeçilik: Satış Şöbəsinin Müdiri
Funksional tabeçilik: Kommersiya Departamentinin Direktoru
Məsuliyyət və vəzifələr:
-Satış şöbəsinin müdirinin rəhbərliyi altında Cəmiyyətin ümumi müştəri bazasının formalaşdırılması üzrə işləri yerinə yetirir;
-Müştəri barədə informasiyaları (Müştərinin rekvizitlərini, əlaqə qaydasını, hüquqi və faktiki ünvanı) toplayır və müştəri bazasına qeyd edir;
-Camiyyətin təqdim etdiyi mal və xidmətlərin qiymətlərindəki dəyişikliklərlə, avadanlıqların təchizat müddətləri ilə bağlı müştəriləri məlumatlandırır;
-Satış menecerlərinin göstərişi ilə müştərilərlə əlaqə yaradır;
-Müştəri tərəfindən ödənişlərin həyata keçirilməsinə nəzarət edir və satış menecerlərini məlumatlandırır;
-Satış menecerlərinin göstərişi ilə malların anbardan çıxarılıb müştəriyə göndərilməsi üçün mal tələbnaməsini yazır;
-Malların müştəriyə çatdırılmasını təmin edir;
-Malların təchizat müddətlərinin əməl edilməsinə nəzarət edir, malların təchizatı yubanarsa, öz rəhbərini məlumatlandırır;
-Vaxtında reaksiya vermək məqsədilə avadanlıqlar çatdırıldıqdan sonra müştəridən avadanlıqların xüsusiyyətlərinə uyğunluğu, qablaşdırmanın düzgünlüyü, istehsalçı tərəfindən və ya daşınma zamanı qüsurların mövcud olub-olmaması barədə informasiya toplayır;
-Müqavilələrin icrası ilə bağlı müştərilərin pretenziyalarının uçotunu aparır və Rəhbərliyi məlumatlandırır;
-Müqavilə şərtlərininin pozulması səbəblərini müəyyən edir və Satış şöbəsinin müdirinə məruzə edir;
-Müştəri barədə daxil olan bütün informasiyaları ERP proqram məhsuluna qeyd edir;
-Prezentasiya və sərgilərin hazırlanmasında iştirak edir, Sərgi və prezentasiyalardan daxil olan informasiyaları qeydə alır, sistemləşdirir və Satış şöbəsinin müdirinə təqdim edir;
-Keyfiyyət sisteminin menecmenti tələblərinin yerinə yetirilməsinə nəzarət edir.
-Özünün birbaşa rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirir.
Tələblər:
-Ali iqtisadi və ya texniki təhsil
-Şirkətin məhsullarını müştərilərə təqdim etmək
-Azərbaycan, rus, ingilis dillərini bilmək
-Analitik düşünmə qabiliyyəti
-Kompüterlə işləmək bacarığı
-Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək
-Qeyd olunan sahədə 1-3 il əmək stajı.
Fərdi keyfiyyətlər:
-Düzgün şifahi nitq və ünsiyyət qurma qabiliyyəti
-Diqqətlilik
-Məsuliyyət hissi
-Kommunikabellik
-İdarəçilik
-Səliqəlilik
-Geniş dünya görüşü
Məşğulluq:
-Tam
-AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
-Iş cədvəli: standart 5 günlük 9.00-dan 18.00-dək
-Şənbə-bazar istirahət günləri.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
1 saat, 27 dəq
Online Slot Machine Best Payment: Exactly How to Maximize Your Profits
-
2 gün, 7 saat, 44 dəq
How Infrastructure Affects Worker Efficiency in Smart Cities
-
5 gün, 13 saat, 33 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
1 həftə, 12 saat, 25 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 1 həftə, 12 saat, 59 dəq