Vakansiya: Satınalma üzrə mütəxəssis

Mütəxəssis

azersheker


İşəgötürən: “Azərşəkər” MMC
Vakansiya: Satınalma üzrə mütəxəssis
Son tarix: 09 may 2022
Vəzifə ilə bağlı biliklər:
-Təchizatçılar ilə əlaqələrin qurulması;
-Satınalma sənədlərinin hazırlanma bacarığı;
-Satınalma müqavilələri haqqında məlumatlı olmalı;
-Xarici logistikanı bilməli;
-Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması və müqayisə edilməsi;
-Ölkə xaricindən satın alınan malların sifarişlərinin yerləşdirilməsi, yüklənməsi və ölkəyə çatdırılması;
-Xarici bazar qiymətlərinin müqayisəli təhlili bacarığı;
-Xarici və daxili ezamiyyətlərə getməyə imkanı olmalı
-Malların maliyyətini hesablamaq, tərtib olunmuş müqavilələri yoxlamaq, müvafiq qaydalara uyğun olaraq satınalma əməliyyatlarını həyata keçirmək, sənədləşmə prosedurlarını, sertifikatların alınması, mədaxillərin və ödəmə planlarının hazırlanmasını nəzarətdə saxlamaq
-Geri qaytarmalar olduğu zaman qaytarma üçün sənədləşmə və iddia aktlarının icrasını həyata keçirmək
-Satınalma müqavilələrini hazırlamaq, aidiyyəti strukturlarla müzakirələr apararaq yekun təsdiq olunmuş forma əsasında tədarükçülərlə müqavilə bağlamaq
-Sifarişin qiymətini, təslimat müddətini, çatdırılma şərtlərini aldıqdan sonra qiymət araşdırması nəticəsində sifariş məlumatlarını hazırlamaq və rəhbərinə təqdim etmək
-Razılaşdırılmış sifarişi müvafiq strukturlara və tədarükçüyə göndərmək
Namizədə tələlər:
-Təhsil: Maliyyə, iqtisadiyyat sahəsi üzrə ali ixtisas təhsili;
-Təcrübə: Qeyd olunan vəzifə üzrə 3 ildən az olmayaraq iş təcrübəsi;
-Kompüter biliyi: Microsoft Ofis (Excel proqramı peşəkar səviyyədə) proqramlarında sərbəst işləmə bacarığıı;
-Təchizatçıların idarəedilməsi üzrə proqram təminatı sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir;
-Təchizat zəncirinin idarə edilməsi və logistika sahəsində biliklər;
-Təchizatçıların axtarışı və idarəedilməsi üsulları ilə tanışlıq;
-Mükəmməl ünsiyyət və danışıq bacarıqları.İdarəçilik qabiliyyətlərinə malik olmalı, mövcud qanunvericiliyi bilməlidir;
-Vaxtın düzgün idarə edilməsi qabiliyyəti;
-Dil biliyi: Azərbaycan (Rus və İngilis dil bilikləri arzuolunandır)
Əlavə məlumat:
-İş yeri: BEGOC Plaza
-İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
Maraqlanan şəxslər öz CV formalarını “Satınalma üzrə mütəxəssis” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər. 

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]