Vakansiya: Satınalma şöbəsinin aparıcı mütəxəssisi tələb olunur

İşəgötürən: FMCG
Vakansiya: Satınalma Şöbəsinin aparıcı mütəxəssisi
Son tarix: 05 sentyabr 2022
İş şəraiti:
Şirkətin təklifi: karyera imkanları, rəqabətqabiliyyətli kompensasiya paketi (illik əsas maaş + şirkətin siyasətinə uyğun olaraq bonuslar) & sosial paket (tibbi sığorta, limitli mobil rabitə, servis, qidalanma və s.).
İş qrafiki: 08:00-17:00, 5 gün
Ünvan: Xırdalan ş., Şamaxı şosesi.
Əsas vəzifə öhdəlikləri:
-satınalmaların təşkili və tənzimlənməsi, tenderlərin aparılması istiqaməti üzrə şirkətin satınalma fəaliyyətinin təşkili;
-zavodun son məhsulun istehsal prosesində zəruri olan istehsal üçün xammal, komplektləşdiricilər, ehtiyat hissələri, köməkçi materiallar, təsərrüfat ləvazimatları, tara və qablaşdırma ilə təmin olunmasına nəzarət;
-satınalmaların planlaşdırılmasının yaxşılaşdırılması və xərclərin optimallaşdırılması üçün tədbirlərin görülməsi;
-satın alınan məhsulun keyfiyyətinin yoxlanılması;
-bazarın daima araşdırılması və qiymət dinamikasının izlənilməsi;
-təchizatçılarla qarşılıqlı əlaqə və onlarla birgə fəaliyyətə nəzarət (onlardan satınalma qiymətləri, məhsulların keyfiyyəti barədə məlumat əldə edir, təchizat və ödəniş şərtlərini razılaşdırır);
-satınalmaların dəyərinin azaldılması proqramlarının və s. inkişaf etdirilməsi və həyata keçirilməsi;
-məhsul sifarişinin icrasına və məhsulun çatdırılmasına, müqavilə bağlandığı andan təchizata qədər bütün tsiklə nəzarət;
-təchizatçılarla iddia işinin aparılması;
-satın alınan məhsulun bütün müvafiq sertifikatlara malik olmasına nəzarət;
-köməkçi reyestrlərin aparılması və istənilən vaxt istənilən sorğu əsasında təqdim olunması;
-mühasibatlığa və məlumat bazasına təqdim olunacaq bütün lazımi sənədlərin aparılması;
-məhsulun satın alınması üçün ödənişin vaxtlı-vaxtında həyata keçirilməsinin təşkili və buna nəzarət;
-birbaşa rəhbərin vəzifə öhdəliklərinə aid olan şifahi və yazılı tapşırığının icrası.
Namizədlərə tələblər:
-Ali təhsil (iqtisadiyyat sahəsində arzuolunandır);
-Satınalma sahəsində ən azı 3-5 il iş təcrübəsi;
-Təcrübəli MS Office (Word,Excel, Power Point) istifadəçisi;
-Rus, ingilis və Azərbaycan dili bilikləri mükəmməl səviyyədə.
Bilik və bacarıqlar:
-Tender prosesinin aparılması
–Danışıqların aparılması bacarığı
-Analitik təfəkkür
-Verilən tapşırıqların sürətli şəkildə həll olunması
-Planlaşdırma və prioritetləri təyin etmə bacarığı
-İnkişaf etmə istəyi
-Stressə davamlılıq
-Ünsiyyətcillik, məsuliyyətlilik
-Çoxtapşırıqlılığa hazır olma
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
5 saat, 49 dəq
NOVCO Group of Companies korporativ satış mütəxəssisi axtarır
- 5 saat, 58 dəq
- 5 saat, 59 dəq
- 6 saat, 1 dəq
- 6 saat, 7 dəq