Vakansiya: Satınalma mütəxəssisi tələb olunur

Mütəxəssis


İşəgötürən: Veysəloğlu Yaycılı Qardaşlar

Vakansiya: Satınalma mütəxəssisi

Son tarix: 27 may 2022

İş məlumatları:

-Planlama şöbəsinin xammal və köməkçi material, Arge və İnkisaf sobəsinin, marketinq və Satış şöbəsinin tələbləri əsasında daxili və xarici bazarı araşdırmaq, monitorinq aparmaq, tədarükçülərlə əlaqələr qurmaq və danışıqlar aparmaq

-Satın alınması üçün nəzərdə tutulan məhsul nümunələrinin gətirilməsini təşkil etmək

-Satın alınması nəzərdə tutulmuş malların alışları barədə qiymət danışıqlarını aparmaq, razılaşmaların ən sərfəli şərtlərdə müəyyən olunmasına çalışmaq

-Malların maliyyətini hesablamaq, tərtib olunmuş müqavilələri yoxlamaq, müvafiq qaydalara uyğun olaraq satınalma əməliyyatlarını həyata keçirmək, sənədləşmə prosedurlarını, sertifikatların alınması, mədaxillərin və ödəmə planlarının hazırlanmasını nəzarətdə saxlamaq

-Geri qaytarmalar olduğu zaman qaytarma üçün sənədləşmə və iddia aktlarının icrasını həyata keçirmək

-Satınalma müqavilələrini hazırlamaq, aidiyyəti strukturlarla müzakirələr apararaq yekun təsdiq olunmuş forma əsasında tədarükçülərlə müqavilə bağlamaq

-Sifarişin qiymətini, təslimat müddətini, çatdırılma şərtlərini aldıqdan sonra qiymət araşdırması nəticəsində sifariş məlumatlarını hazırlamaq və rəhbərinə təqdim etmək

-Razılaşdırılmış sifarişi müvafiq strukturlara və tədarükçüyə göndərmək, sifarişlərin düzgün daşınması və çatdırılması işini təşkil etmək, hər hansı maneələr yarandığı təqdirdə rəhbərini məlumatlandırmaq

-Sifariş verilən malın spesifikasiyasına uyğun olaraq fakturanın göndərilməsini tələb etmək, göndərilmiş fakturanı yoxlamaq, alt sənədlərlə birlikdə təsdiq üçün rəhbərinə təqdim etmək, təsdiq aldıqdan sonra ödəmə olunması üçün mühasibatlığa ötürmək

-Ödəniş olunduqdan sonra ödəmə barəsində məlumatı tədarükçüyə göndərmək və yükləmə barədə bütün məlumatları almaq, sifarişlərin müqavilə şərtlərinə uyğun göndərilməsini nəzarətdə saxlamaq

-Göndərməni gecikdirən tədarükçülərdən gecikmənin səbəblərini öyrənmək, rəhbərinə məlumat vermək və müvafiq göstərişə əsasən addımlar atmaq

-Hər həftə təyin olunmuş gündə yükləmə məlumatlarını proqram təminatına daxil etmək, yüklərin hərəkətini izləmək, mütəmadi olaraq rəhbərinə məlumat vermək

-Tədarükçü firmalardan yükləmə sənədlərini alaraq gigiyenik, idxal, baytarlıq və s. sertifikatların alınması üçün Keyfiyyətin İdarə Olunması Departamentinə təqdim etmək

-Yükləmə sənədlərini tədarükçüdən aldıqdan sonra yoxlamaq, gömrükləmə üçün nəzərdə tutulmuş qovluqda yerləşdirmək

-Mədaxil aktını hazırlamaq və anbara göndərmək, malların miqdar, çeşid, keyfiyyət və digər xüsusiyyətlərində hər hansı çatışmazlıq aşkar olunarsa rəhbərinə məlumat vermək və müqavilədə müəyyən edilmiş qaydalara əsasən müvafiq addımlar atmaq

-Müqavilələrin müəyyən olunmuş qaydada imzalanmasını təşkil etmək və s.

 Tələblər:

-Təhsil : Ali

-İş təcrübəsi : 3 ildən 5 ilə qədər

-Yaş : 25 – 35

-Ali təhsil;

-Analoji sahə üzrə minimum 3 illik iş təcrübəsi;

-MS Office xüsusəndə Excel proqramı üzrə yüksək səviyyədə biliklər;

-İngilis (advanced) və rus dili bilikləri

-Bazarı təhlil etmək bacarığı

-Danışıqların aparılması bacarığı

-Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları

-Yüksək kommunikasiya və biznes ünsiyyət bacarıqları

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində ” Satınalama mütəxəssisi” qeyd edərək [email protected] e-ünvanına göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]