Vakansiya: Risklərin idarə edilməsi üzrə baş mütəxəssis tələb olunur

Mütəxəssis


İşəgötürən: MKT İstehsalat Kommersiya MMC

Vakansiya: Risklərin idarə edilməsi üzrə baş mütəxəssis

Son tarix: 11 iyun 2022

Vəzifə öhdəlikləri:

-Modelləşdirmə alətləri üzrə riskləri müəyyən etmək, qiymətləndirmək, tənzimləmək və nəzarət altında saxlamaq;

-Əsas göstəricilərin statistik modelləşdirilməsi və proqnozlaşdırılması üzrə təkliflər vermək;

-Riyazi və statistik metodlardan istifadə etməklə riskləri qiymətləndirmək;

-MKT İK MMC qurumlarının və əməkdaşlarının fəaliyyətini və ya fəaliyyətinin bir hissəsini əks etdirən məlumatların (müvafiq baza, qeydiyyat kitabları və ya sənədləri, hesabatlar, icmal məlumatlar, protokollar və aktlar, sənəd dövriyyəsi və s.) müvafiq normativ-hüquqi sənədlərlə, həmçinin mövcud etibarlı informasiyalarla tutuşdurulması (üzləşdirilməsi) zamanı yarana biləcək risklərin önlənməsi üçün risk matrisaları hazırlamaq;

-Yoxlamalar üzrə elektron mətnlərin, cədvəllərin, məntiqi analizləri üçün risk səviyyəsinin dəyərləndirilməsi hesabatlarının hazırlanmasına müvafiq baza yaratmaq;

-Risk işinin sistemləşdirilməsi və təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq.

Tələblər:

-Ali təhsil (Statistika, Riyaziyyat, Ekonometrika, Riyazi maliyyə və ya İqtisadiyyat sahəsi üzrə);

-Statistik və ya riyazi modelləşdirmə sahəsində təcrübə, analoji sahədə ən azı 3 il iş təcrübəsi;

-Azərbaycan dilində əla, ingilis və rus dillərində yaxşı səviyyədə bilik;

-Riyazi və texniki məlumatları analiz etmək və dəyərləndirmək üçün analitik bilik;

-Məlumat strukturlarının, alqoritmlərin və riyazi problemlərin həlli bacarığı;

-Excel və Python və ya / R və ya / SAS və ya / MATLAB – ın hər hansı birinin istifadəsi bacarığı;

-Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;

-Analitik təhlil etmə qabiliyyəti;

-Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri operativ həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;

-Müntəzəm işgüzar səfərlərdə iştirak etməyə hazır olmaq.

Səriştələr:

-Məsuliyyətli

-Şəxsi inkişafa meylli

-Pozitiv

-Özünütəşkiletmə qabiliyyəti

-Nailiyyət yönümlülük

-Etibarlılıq

-Dürüstlük

Əlavə məlumat:

-Əmək haqqı razılaşma əsasında; 

-İş qrafiki:  Beş günlük iş həftəsi

-İş yeri: Baki şəhəri, Qafqaz Business Center

-Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.

CV-nin göndərilməsi üçün link

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]