Vakansiya: Rəqəmsal marketinq mütəxəssisi tələb olunur

Mütəxəssis


İşəgötürən: BERC Group

Vakansiya: Rəqəmsal marketinq mütəxəssisi

Son tarix: 27 may 2022

İş barədə məlumat:

-Facebook Ads, Instagram Ads, Linkedin Ads, Google Search Ads, Google Display Ads və digər platformalardan reklamların idarə olunması;

-Sayta keyfiyyətli trafik çəkəcək böyük açar söz siyahıları hazırlanması, mənfi açar sözlərin tapılması və kampaniyaların açar sözlərə görə optimizasiyanın aparılması;

-Bizneslərin rəqəmsal marketinq strategiyalarının hazırlanması;

-Sosial media marketinq və kontent marketinq layihələrinin həyata keçirilməsi və idarə olunması;

-SEO / SEM, proqramı ilə işlənməsi;

-Google Analytics, Google Adwords, Google Tag Manager, Facebook Pixeldə işləmə;

-Bütün rəqəmsal marketinq kampaniyalarının fəaliyyətini ölçmək, hesabat hazırlamaq və hədəflərə əsasən onları qiymətləndirmək (ROI və KPI) ;

-Korporativ və məhsul saytlarının mütəmadi olaraq yenilənməsi, CMS və digər alətlərdən istifadə edərək sayta ümumi nəzarətin təşkili; 

-Hədəf auditoriyaların müəyyənləşdirilməsi, mövcud və yeni yaradılacaq kampaniyalara görə effektiv hədəfləmələrin aparılması və optimizasiyası;

-Dünya və yerli gündəmdə baş verən yeniklərin, trendlərin izlənməsi və onların işdə tətbiqi;

Vəzifəyə dair tələblər və bacarıqlar:

-Müvafiq sahədə minimum 2 illik iş təcrübəsi;

-Hərbi mükəlləfiyyətli və ya hərbi xidmətdən möhlət hüququnun olması;

-Marketinq, rəqəmsal marketinq sahəsində  müvafiq  biliklərin olması;

-Rəqəmsal marketinq sahəsində yenilikləri araşdırıb, təhlil və tətbiq etmək bacarığı;

-Komandada işləmək bacarığı;

-Ana dilini mükəmməl səviyyədə (ingilis dili,türk dili  bilgisi üstünlükdür ) bilmək;

-Məsuliyyətli, punktual, həvəsli, operativ olması;

-Analitik düşünmə və araşdırma  qabiliyyətinin olması;

BERC Group MMC sizə nə vəd edir?

-Əmək Məcəlləsinə uyğun həftəlik 40 saatdan çox olmayan 5 günlük iş rejimi;

-Şirkətdə və xidmət göstərdiyi müəssisələrdə karyera yüksəlişi imkanı;

-Rəqabət qabiliyyətli əmək haqqı;

-Korporativ nömrə və danışıq paketi;

-İdman güzəştləri (Cəmiyyətin ofisində fəaliyyət göstərən fitnes mərkəzdən istifadə imkanı) ;

-Səmimi və peşəkar komanda ilə müxtəlif əyləncəli tədbirlər;

Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən öz CV – lərini 31.05.2022-ci il tarixinədək [email protected] elektron ünvanına mövzu yerinə əmək haqqı gözləntisini və “rəqəmsal marketinq mütəxəssisi” vəzifəsi yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Qeyd: İlkin göndərilmiş CV-lər əsasında son müraciət tarixindən daha tez imtahan təşkil edilə bilər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]