Vakansiya: Problemli kreditlərlə iş üzrə mütəxəssis tələb olunur (Cəlilabad və Biləsuvar)
İşəgötürən: M Bulak BOKT MMC
Vakansiya: Problemli kreditlərlə iş üzrə mütəxəssis (Cəlilabad və Biləsuvar)
Son tarix: 30 oktyabr 2022
Tələblər:
-Cəlilabad və ya Biləsuvar rayonlarında yaşayış yerinin mövcud olması
-Ali təhsil (hüquq təhsili arzuolunandır)
-Problemli kreditlər sahəsində ən azı 1 illik iş təcrübəsi
-Kompüterdə iş üzrə ilkin bacarıqlar: Windows, MS Office
Şəxsi keyfiyyətlər:
-İntizamlı
-Ünsiyyətcil
-Məsuliyyətli
Öhdəlikləri:
-Problemli kreditlərlə bağlı Şirkətin müştəriləri ilə işin aparılması;
-Şirkətin maraqlarını müdafiə etmək məqsədilə Şirkətin hüquq-mühafizə və digər orqanlarda təmsil edilməsi, bütün prosessual sənədlərin hazırlanması və vizalanması;
-Şirkətin maraqlarını müdafiə etmək məqsədilə Şirkətin ümumi yurisdiksiya və arbitraj məhkəmələrində təmsil edilməsi, bütün prosessual sənədlərin hazırlanması və vizalanması;
-Şirkətin xeyrinə qəbul edilmiş qərarların icrasında və həmçinin məcburi icrasında iştirak etmək;
-İddiaların, tələblərin, iddialara və tələblərə olan rəylərin və iddia işi ilə əlaqədar digər sənədlərin sistemli uçotu və saxlanması;
-Verilmiş iddiaların sayının sistematik uçotu, işlərə baxılma mərhələlərinin uçotu, məhkəmə iclaslarında vaxtlı-vaxtında iştirak və s., iddia işlərinin nəticələrinin uçotu;
-Vəzifələrini vaxtında və keyfiyyətlə yerinə yetirmək;
Əlavə məlumat:
-İş qrafiki : Bazarertəsi – Cümə, 09:00 – 18:00
-Əmək haqqı: Vəzifə maaşı+ bonuslardan ibarətdir, müsahibə zamanı müəyyən ediləcəkdir, rəqabətli və artandır.
Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Cəlilabad və Biləsuvar filiallarının problemli kreditlərlə iş üzrə mütəxəssisi” başlığı ilə göstərilən [email protected] elektron ünvana göndərmələri xahiş olunur.
Vakansiyalar
-
2 gün, 3 saat, 34 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
4 gün, 2 saat, 26 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 4 gün, 3 saat
- 4 gün, 21 saat, 6 dəq
- 5 gün, 16 saat, 20 dəq