Vakansiya: Operator – Liman əməliyyatları departamenti

Operator


Struktur vahidinin adı -Liman əməliyyatları departamenti

Struktur bölmənin adı- Ümumi yüklər terminalı

İş rejimi- Növbəli

Vakansiyaya müraciət üçün son tarix- 03-05-2022

İş yerinin ünvanı

Ələt

Şərtlər

Əməliyyatlar üzrə operator növbələrin qəbul edilməsi, yüklər üçün sifarişlər və tapşırıqlar üzrə məlumatların izlənilməsi, yüklərin məlumatlarının qeydə alınması işlərini icra edir. Operator vəzifəsinin profilinə aşağıdakılar daxildir:

Ali təhsil (Beynəlxalq yükdaşımalar və ya Nəqliyyat sahələri üzrə);

Xarici dil bilikləri (İngilis dili yaxşı səviyyədə, Rus dili arzu olunandır).

 BİLMƏLİDİR:

Kargüzarlığın vahid dövlət sisteminin əsaslarını;

Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, gigiyena və sanitariya qaydalarını, o cümlədən yanğından mühafizənin norma və qaydalarını.

DAVRANIŞ BACARIQLARI:

Dəqiq cədvəllərə əsasən məsuliyyətli və etibarlı iş;

Şifahi və yazılı təlimatları başa düşmək və onlara riayət etmək;

İş saatlarında çeviklik;

Təhlil bacarığı;

Təqdimat bacarığı.

Öhdəliklər

Nəqliyyat vasitələrinin (gəmi, vaqon, avtomaşın və s.) işlənməsi kitabları, qalıq yüklər barəsində tam məlumat topladıqdan sonra növbəni qəbul etmək;

Beynəlxalq yükdaşıma sənədlərini tanımaq və oxumaq;

Şturman hesablarının və tərtib edilmiş vaqon vərəqələrinin vaxtında ona verilməsini izləmək, göndərilən yüklər üçün sifarişləri, tapşırıqları rəhbər tutaraq sahə rəisinin və mütəxəssislərin məlumatları əsasında onları işləmək;

Sahə rəisinin məlumatı əsasında tərəzidə çəkilmiş nəqliyyat vasitələrini tərtib etmək;

Növbənin sonunda anbara qəbul edilmiş və anbardan ötürülmüş yükləri nəzərə almaqla qalıq yüklərin məlumatını hazırlamaq və aidiyyəti üzrə göndərmək;

Bütün növ nəqliyyat vasitələrindən işlənən yüklərin lazımi yük sənədlərini tərtib etmək və onları təyinat yerlərinə göndərmək;

Sahənin ictimai otaqlarında yanğından mühafizə və sanitar-gigiyena qaydalarını qorumaq;

Vakansiya ilə maraqlanan namizədlər bu linkə keçid edərək müraciət edə bilər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]