Vakansiya: Maliyyə nəzarəti üzrə mütəxəssis tələb olunur
İşəgötürən: Master Builders Solutions Azerbaijan
Vakansiya: Maliyyə nəzarəti üzrə mütəxəssis
Son tarix: 01 sentyabr 2022
Əsas vəzifə öhdəlikləri:
-Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
-İstehsal məhsullarının və idxal məhsullarının maya dəyərini hesablamaq, araşdıraraq artma və azalma səbəblərinin müəyyən edilməsi;
-Mühasibatlıq yazılışlarına sahib olmaq və şirkət siyasətinə uyğun olaraq təsnifatlaşdıraraq, sistemə daxil edilməsinə nəzarət edilməsi;
-Pul vəsaitlərinin hərəkətinin, idarəetmə və zəruri hesabatların təqdim edilməsi;
-Şirkətin vergi və biznes fəaliyyəti haqqında hesabatlarının hazırlanması;
-Qanunvericilik və maliyyə qaydalarına riayət olunmasının təmin edilməsi;
-Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra olunması;
-Mühasibatlıqda çalışan işçilərin işlərinə nəzarət.
Namizədə tələblər:
-Ali təhsil (maliyyə, mühasibatliq, iqtisadiyyat);
-Məsuliyyətli, kollektivdə işləmək və yüksək səviyyədə ünsiyyət bacarığı;
-Sistemli və analitik düşünmə, diqqətli, nəticə yönümlü;
-Müvafiq sahədə 3 ildən çox iş təcrübəsi;
-Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı;
-İngilis dili biliyi;
-Beynəlxalq sertifikatlar (ACCA F3) və SAP B1 proqramını bilmək əlavə üstünlükdü.
Ünvan: Bakı şəhəri.
İş qrafiki: 5 günlük iş qrafiki.
İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Əmək haqqı işçinin bilik və bacarığından, məsuliyyətindən asılı olaraq dəyişə bilər.
Tərcümeyi-halınızı 31 Avqust 2022-ci il tarixindən gec olmamaq şərti ilə [email protected] elektron ünvanına subject/mövzu hissəsində “Maliyyə nəzarəti üzrə mütəxəssis” qeyd etməklə göndərə bilərsiniz.
Vakansiyalar
-
1 gün, 5 saat, 40 dəq
Discovering the Globe of VIP Online Casinos: An Exclusive Experience
-
1 gün, 6 saat, 36 dəq
Erkunden der Welt neuer Online-Glücksspielunternehmen: Ein umfassender Leitfaden
- 3 gün, 3 saat, 18 dəq
- 3 gün, 3 saat, 21 dəq
- 3 gün, 3 saat, 57 dəq