Vakansiya: Layihələrin İdarəedilməsi üzrə mütəxəssis tələb olunur
İşəgötürən: Sinteks Group of Companies
Vakansiya: Layihələrin İdarəedilməsi üzrə mütəxəssis
Son tarix: 30 iyul 2022
Sinteks Şirkətlər qrupuna hal hazırda Layihələrin İdarəedilməsi üzrə Mütəxəssis tələb olunur.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilsin və CV-də müvafiq bilik və bacarıqlar işarə edilsin.
Vəzifənin rolu:
Bu vəzifənin rolu əlaqələrin qurulmasından işin başa çatmasına qədər, o cümlədən layihənin planlaşdırılması, koordinasiyası və yerinə yetirilməsi, tenderin təşkili, müqavilə üzrə danışıqlar, şərtlərin müzakirəsi, təchizatçılara nəzarət və s. layihələrin yerinə yetirilməsindən ibarətdir.
Vəzifə öhdəlikləri:
-Bütün mümkün vasitələrdən istifadə etməklə işgüzar ünsiyyəti həyata keçirir
-Tenderlərin, işgüzar görüşlərin, danışıqların aparır
-Layihə təchizatçıları və töhfə verənləri əlaqələndirir və onlara kömək edir
-Müqavilə imzalanana qədər hüquqşünaslarla layihə çərçivəsində müqavilə danışıqlarını aparır
-Layihələrə nəzarət edir və layihə tələblərinə və vaxt cədvəlinə uyğunlaşmaq üçün dəyişən layihə iştirakçıları arasında koordinasiyaya kömək edir
Əsas tələblər:
Təhsil:
-Biznes/İqtisadiyyat fənləri üzrə bakalavr dərəcəsi və ya satınalma/təchizat zənciri/layihənin idarə edilməsi üzrə ali təhsil və sertifikatlaşdırma
Təcrübə:
-Satınalma / təchizat zənciri/ layihənin idarə olunması sahəsində minimum 1 il təcrübə
Professional biliklər:
-Satınalma/Təchizat Zənciri
-Layihənin idarə olunması
-Səlis İngilis dili
-MS Office proqramları
Professional bacarıq və kompetensiyalar:
-İşgüzar ünsiyyət
-Danışıqlar aparmaq bacarığı
-Zamanın idarə olunması
-Tədqiqat bacarıqları
-Analitik bacarıqlar
-Nəticə yönümlülük
-Proaktiv düşüncə
-Problemin həlli
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Layihələrin İdarəedilməsi üzrə Mütəxəssis” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 2 ay, 3 gün, 1 saat, 28 dəq
- 3 ay, 1 gün, 3 saat, 21 dəq
- 6 ay, 5 gün, 22 saat, 6 dəq
-
6 ay, 2 həftə, 3 gün, 17 saat, 37 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 6 ay, 3 həftə, 1 gün, 1 saat, 35 dəq