Vakansiya: Laborant tələb olunur

İşəgötürən: AzerFloat
Vakansiya: Laborant
Son tarix: 01 iyul 2022
Azerfloat komandası olaraq biz sizə vəd edirik:
-Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
-Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
-Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı;
-Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı;
İş yeri: Azerfloat QSC Sumqayıt ofisi
Vəzifə öhdəlikləri:
-Təchiz olunmuş xammalın (qum, soda, dolomit və s.) tərkibindən nümunələr götürülməsi;
-Götürülmüş xammal nümunələrinin laboratoriyanın anbarında saxlanılmasının təmin edilməsi;
-Xammalın təyinatı üzrə laboratoriya avadanlıqlarından istifadə etməklə fiziki-kimyəvi analizlərinin aparılması;
-Əldə olunmuş analiz nəticələri barədə aktların tərtib edilməsi;
-Xammal və şüşə şıxtasından alınan analiz nəticələrinin məlumatlarının kompüterə daxil edilməsi və məlumatların verilənlər bazasında saxlanılmasının təmin edilməsi;
-Sahə ilə bağlı cədvəl və qrafiklərinin hazırlanması;
-Təyinatı üzrə tələb olunan texniki sənədləşmənin (gündəlik elektron jurnal və s.) aparılması;
-İstifadə olunan laboratoriya avadanlıqlarının düzgün istismarının və saxlanılmasının təmin edilməsi;
-Laboratoriya üçün lazım olan avadanlıqlar, cihazlar, materiallar, kimyəvi reaktivlər haqqında sifarişlərin verilməsi;
Tələblər:
-Texniki-təhsil (natamam-ali);
-Tədqiq və ya sintez edilən maddələrin kimyəvi xassələrini bilmək;
-Maddələrin kimyəvi və fiziki analiz üsullarını bilmək;
-Laboratoriya avadanlığının və nəzarət-ölçü aparatlarının istismar qaydalarını bilmək;
-Nəzarət-ölçü cihazları ilə işləyə bilmək;
-Müvafiq vəzifədə istehsalat müəssisələrində minimum 1 il iş təcrübəsi;
-MS Office;
-SAP (üstünlük verilir)
-Azərbaycan dili (əla) Rus dili (əla), İngilis dili (yaxşı);
Xüsusi bacarıqlar:
-Komandada işləmək və işi təşkil etmə bacarığı;
-Analitik və tənqidi düşünmə bacarığı;
-Detallara diqqət yetirə bilmək bacarığı;
-Məsuliyyətlilik;
-Etibarlılıq və dürüstlük;
İş şəraiti:
-İş qrafiki: 5 günlük/ növbəli;
-Tibbi sığorta;
-Nahar;
-20 Yanvar dairəsindən servis
-Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
Mövzü yerinə vəzifənin adını yazıb [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Vakansiyalar
- 1 ay, 1 həftə, 4 gün, 15 saat, 13 dəq
-
1 ay, 3 həftə, 2 gün, 10 saat, 44 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 3 həftə, 6 gün, 18 saat, 42 dəq
- 2 ay, 1 gün, 18 saat, 32 dəq
- 2 ay, 1 gün, 18 saat, 35 dəq