Şirkət Bakı-Sumqayıt üzrə vakansiyalar elan edib

Laborant


AgroTrade Supply aşağda qeyd olunan vəzifələr üzrə vakansiyalar elan edib.

1.Vakansiya – ” Logistika üzrə kiçik mütəxəssis “

– Şirkət – AgroTrade Supply
– İş Yeri – Bakı

İş məkanı: Çinar Plaza
– Əmək haqqı- Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək. 
Tələblər:
-Təhsil səviyyəsi: Ali təhsil  (riyaziyyat, iqtisadiyyat, logistika və ya müvafiq sahə üzrə olması arzuolunandır)
-İş təcrübəsi: Ən azı 1 il iş təcrübəsi arzuolunandır.
-Dil bilikləri: Azərbaycan (əla), ingilis (orta), rus (orta)
-Kompüter bilikləri: MS Office üzrə biliklər
 
Vəzifədən gözləntilər:       
1.  Logistika üzrə əməliyyatların yerinə yetirilməsi;
2.  Xammal daşımaları zamanı marşrutların müəyyən olunması;
3. Sənədləşmənin aparılması;
4.  Bazanın formalaşdırılması;
5.  Müvafiq hesabatların hazırlanıb təqdim edilməsi;
6.  Rəhbərlik tərəfindən təsdiq edilmiş planların həyata keçirilməsi;
7.    Birbaşa rəhbərin tapşırdığı digər işləri görmək;
 
Vəzifə üzrə səriştələr:
-Araşdırma qabiliyyəti
– Analitik və məntiqi düşüncə
–  Öyrənmək və özünü inkişaf etdirməyə meyillilik
– Problemləri həll etmə bacarığı
– Məsuliyyətlilik
–   Ünsiyyət qurmaq bacarığı
– Detallara fikir vermək qabiliyyəti

İş Şərtləri:
Əmək haqqı: Razılaşmaya uyğun olaraq
İş rejimi: 5 gün (həftəiçi)

Maraqlananların emaildə “Logistika üzrə kiçik mütəxəssis” yazaraq cv- lərini [email protected] ünvanına göndərməyi xahiş olunur.

2.Vakansiya – “Laborant”
– Şirkət – ATS FOOD
– İş Yeri – Sumqayıt
-Əmək Haqqı – Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək.

Tələblər:

– Təhsil səviyyəsi: Ali, Kimya, Kimya texnologiya və ya Qida mühəndisliyi sahəsində ali təhsilə malik olmalıdır

– İş təcrübəsi: Bu sahədə 1 il

– Dil bilikləri: Azərbaycan dili (əla),

Vəzifədən gözləntilər:

– Ümumi və analitik kimyanın əsaslarını bilməli.

– Fiziki və kimyəvi analizlərin aparılma metodikalarını bilməli.

– Reaktivlərlə işləmə qaydalarını bilməli.

– Laboratoriya qurğularında ortaya çıxan xırda problemləri həll etməyi bacarmalı.

– Analizləri aparmaq üçün istifadə edilən reaktivlər haqqında bilgiyə malik olmalı.

 -Hazır məhsullarda müxtəlif maddələrin təsbitini, analiz nəticələrini standartlarla müqayisə etməyi bacarmalı.

– Analiz sıxlıqlarını nəzərə alaraq işləri planlaşdırmağı bacarmalı.

– Analitik düşünmə qabiliyyətli olmalı.

– Əməyin təhlükəsizliyi və işçi sağlamlığı, sanitariya və ekologiyanın mühafizəsi tədbirlərini bilməli.

– Dövlət Standartları, sahə üzrə texniki-normativ sənəd və metodikalarını bilməli.

Təkliflərimiz:

– İş qrafiki:  Növbəli 

– Bakı və Sumqayıt ərazisi üzrə servis xidməti

– Nahar

– Özünü inkişaf planlaması və kariyer inkişaf proqramı

Əmək haqqı müsahibə əsansında müəyyən olunacaq.

Müraciət üçün CV-ləri vakansiyanın adını mövzu hissəsində “Laborant” bildirməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.


3.Vakansiya –  “Satınalma üzrə mütəxəssis”
– Şirkət – ATS FOOD
– İş Yeri – Sumqayıt
– Əmək Haqqı – Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək.

Tələblər:

– Təhsil səviyyəsi: Ali (İqtisadi arzuolunandır)

– İş təcrübəsi: Bu sahədə 2 il təcrübə

– Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (əla) Rus dili (orta)

– Bazar araşdırma bacarığı

– Microsoft Office (Əla)

– ERP sistemlərdə işləmək bacarığı.

Vəzifədən gözləntilər:

– Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili.

– Satınalma sifarişlərinin idarə edilməsini həyata keçirmək (sifariş analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabat hazırlama və sifarişin bağlanması);

– Satınalmanın daxili prosedura uyğun təşkili: Son istifadəçidən gələn sorğular əsasında müvafiq kateqoriyaya uyğun mal-materiallarının şirkətin və qrupun qaydalarına uyğun şəkildə vaxtında və sərfəli satın alınması.

– Sifarişçi və ya son istifadəçi (daxili müştəri) ilə texniki və büdcə məsələlərində sıx əməkdaşlıq edilməsi, onlarla müntəzəm görüşlər təşkil edərək xərclərin optimallaşdırılması məqsədilə mümkün texniki alternativlərin müzakirə edilməsi,

– Təkliflər sorğusu (RFP) və məlumat sorğusunun (RFI) hazırlanaraq təchizatçılara göndərilməsi, təkliflərin alınması, təchizatçılarla müvafiq dəqiqləşdirmə və danışıqların aparılması, tələb olunarsa daxili müştərilərin də iştirakı ilə onlarla görüşlərin keçirilməsi.

– Tender komissiyasının işini təşkil etmək, tender sənədlər paketinin hazırlamalı, tender prosesini təşkil etməlidir.

– Xarici satınalmaların təşkili və yerinə yetirilməsi.

– Satınalma və tender prosessi ilə bağlı bütün sənədləşmələrin aparılması və müvafiq reyestrin hazırlanması.

– Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması.

– Hesabatların hazırlanması və təqdim edilməsi

Təkliflərimiz:

Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaq

İş rejimi: 5 gün (həftəiçi)

Servis: Var

Yemək: Var

Tibbi siğorta: Var

Maraqlananlar emaildə “Satınalma mütəxəssisi” yazaraq cv-lərini  [email protected] ünvanına göndərməyiniz xahiş olunur.


4.Vakansiya –  “Qazanxana operatoru”

– Şirkət – ATS FOOD
– İş Yeri – Sumqayıt
– Əmək Haqqı – Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək.

Müvafiq vakansiya üzrə vəzifə öhdəlikləri:
–   Avadanlıqlara mütəmadi olaraq nəzarət etmək və yaranan qüsurlari vaxtnda aradan qaldırmalı
–   Şirkət daxilində mövcud olan avadanlıqlara yarana biləcək problemləri aradan qaldırmaq
–   İstehsal xətlərində fasiləsiz iş rejimini təmin etmək.
–    Əməyin mühafizəsi, gigiyena qaydalarına əməl etmək
–   Vəzifə öhdəliklərindən irəli gələn məlumatların məxfiliyini mühafizə etmək
–    İstehsalata və eləcədə Qazanxana sahəsinə aid olan hər hansı bir avadanlıqlara ciddi zərər və hər hansı bir təhlükə baş verərəsə, avadanlıqların dayandırılması ilı bağlı bir başa rəhbərinə məlumat verərək təyin edilən əməliyyatı həyata keçirmək.
 
Vəzifədən Gözləntilər:
Təhsil səviyyəsi: Ali təhsil
İş təcrübəsi:Qazanxana operatoru 3 il
Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (orta) Rus dili (orta)
 
İş şəraiti üzrə təkliflərimiz:
–  İş qrafiki: 6 gün növbəli iş qrafiki ilə
–   Bakı və Sumqayıt ərazisi üzrə servis xidməti
–   Tibbi sığorta,
–   Nahar
–  Özünü inkişaf planlaması və kariyer inkişaf proqramı

Maraqlananlar emaildə “Qazanxana operatoru” yazaraq cv-lərini [email protected] / [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

5.Vakansiya-“İT mütəxəssis”
İş Yeri: ATS Food
İş məkanı: Sumqayıt

Tələblər:
– Təhsil səviyyəsi: Ali (İT və ya texniki elmlər sahəsində təhsil)
– İş təcrübəsi: Bu sahədə 2 il təcrübə
– Dil bilikləri: Azərbaycan dili (əla), Xarici dil: İngilis dili (Texniki)
Vəzifədən gözləntilər:
– PC və noutbuk kompüterlərlə, periferik və şəbəkə qurğuları ilə işləmək.
– Əsas texniki problemləri təyin etmək və həll etmək.
– Windows client Ə/S-ləri həmçinin Microsoft Office proqramları üzrə işləmək.
– İP telefonların və İP kameraların iş prinsipinin, çıxan nasazlıqları aradan qaldırmaq.
– Antivirusların iş prinsipi , quraşdırılması və sazlanması barəsində məlumatlı olmaq.
– Ethernet, İP və şəbəkə cihazlarının iş prinsipləri barəsində məlumatlı olmaq.
– Windows Server, Active Directory və DNS anlayışından xəbərdar olmaq.
Vəzifə üzrə səriştələr:
– Problemləri düzgün analiz edə bilmə bacarığı
– İşində səliqəlilik, dəqiqlik və görülən işlərin sənədləşdirilməsi
– Məsuliyyətlilik, dəqiqlik, operativlik
– Ünsiyyətqurma və komandada işləmək bacarığı

Təkliflərimiz:
– Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaq
– İş rejimi: 5 gün (həftəiçi)
– Servis: Var
– Yemək: Var
– Tibbi siğorta: Var

Maraqlananlar emaildə “İT mütəxəssis” yazaraq cv-lərini [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]