Veysəloğlu Yaycılı Qardaşlar laborant axtarır

İşəgötürən: Veysəloğlu Yaycılı Qardaşlar
Vakansiya: Laborant
Son tarix: 16 sentyabr 2022
Vəzifə öhdəlikləri:
-Təlimatlara əsasən xammalların, köməkçi materialların, yarımfabrikatların və hazır məhsulun mövcud standartlara, texniki şərtlərə cavab verməsi üçün və onların keyfiyyətinə laboratoriya nəzarətini tətbiq etmək məqsədi ilə kimyəvi analizləri, fiziki-kimyəvi təcrübələri aparmaq
-Alınan nümunələrin kimyəvi tərkibi müəyyən edildikdən sonra qarşıya çıxan uyğunsuzluqlar barədə müvafiq struktur bölmələri məlumatlandırmaq
-Xammalların, köməkçi materialların, yarımfabrikatların və hazır məhsulun beynəlxalq standartlara uyğun şəraitdə, temperaturda və rütubətlilik dərəcəsində saxlanılmasına nəzarət etmək
-Laboratoriyada analizlər üçün qeyd jurnalları hazırlamaq, aparılan bütün analiz və müşahidələri jurnallara qeyd etmək.
-Laboratoriyada istifadə olunan cihazların işlək vəziyyədə olmasına, dəqiq işləməsinə nəzarət etmək
-Gündəlik olaraq sahələrdə temperatur, nəmlik, şeh nöqtəsini yoxlamaq və aidiyyəti şöbələrə göndərmək
-Metal qarışımının yoxlanılması jurnalını hazırlamaq, gündəlik və aylıq olaraq nəzarətdə saxlamaq
-Dezinfeksiyaedici məhlulun hazırlanmasına, istifadə müddətinə nəzarət etmək və məhlulları sahələrə çatdırmaq
-Analizləri yoxlanılmış və təsdiqlənmiş cihazlar, ölçü vasitələri ilə aparmaq
Tələblər:
-Müvafiq sahə üzrə ali təhsil
-Müvafiq sahə üzrə 1 ildən çox iş təcrübəsi arzu olunandır (qida sektoru);
-İşinə məsuliyyətli, intizamlı olmalı
-Rus dilində ünsiyyət bacarığı
Təminatlar:
-İş yeri: Bakı şəhəri
-İş rejimi: Növbəli(gecə/gündüz)
-Yemək və servis təminatı
-Əmək haqqı: 500 – 600 manat (namizədə uyğun olaraq)
Namizədlər öz CV-lərini emailin mövzu hissəsində ” Laborant ” qeyd edərək [email protected] e-ünvanına 15.09.2022 -ci il tarixinədək göndərə bilərlər.
Vakansiyalar
- 2 saat, 12 dəq
- 9 saat
- 21 saat, 3 dəq
- 21 saat, 5 dəq
- 21 saat, 7 dəq