Tanınmış şirkətdə yeni vakansiyalar

Laborant


“Mətanət A” şirkəti aşağıda qeyd olunan vəzifələr üzrə vakansiyalar elan edilib.

1. Vəzifə –  “Laborant”

Vəzifə öhdəlikləri:
-Laboratoriya avadanlıqlarını tanıyıb, onlarla işləməyi bacarmalıdır;
-Hər gün istehsal olunan məhsulların qeydiyyatını aparmalıdır;
-Resept əsasında yeni məhsul hazırlamağı bacarmalıdır;
-Laboratoriya avadanlıqlarını təmiz saxlamalıdır;
-Analiz üsullarını öyrəndikdən sonra laboratoriya mütəxəssisinin tapşırığı və nəzarəti altında gündəlik istehsal olunan məhsulların keyfiyyət analizlərini müəyyən edilmiş prosedurlara əsasən vaxtında və keyfiyyətlə yerinə yetirməlidir;
-Analizlərin aparılması zamanı aparılan müşahidə və nəticələri səliqəli formada qeydiyyata almalıdır.

Tələblər:
-Təhsil: Ali (bakalavr)
-İş təcrübəsi: Ən azı bu sahədə 2 il iş təcrübəsi olmalı. (Boya və Gips sahəsində işləmiş laboranta üstünlük verilir.)
– MS Office kompüter proqramlarından istifadə etmək bacarığı.

İş şəraiti:
-6 günlük iş qrafiki;
-İş yeri: Bakı, Abşeron r-nu,Sumqayıt şossesi 13, 5-ci km. (Masazır dairəsi yaxınlığı);
-Servis xidməti mövcuddur;
-Nahar şirkət tərəfindən verilir;
-Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə [email protected] mövzu yerinə “Laborant” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.

2. Vəzifə -“Çilingər” (Yük maşınları, texnika və avtomobil üzrə)
Vəzifə öhdəlikləri:
– Texnika və avtomobillərin təmirlərinin vaxtında və keyfiyyətli şəkildə icra olunması:
– Texnika və avtomobillərin təmirinin, baxımının və təhlükəsiz şəkildə çalışmasının təmin edilməsi;
– İstifadə zamanı texnika və avtomobillərə nəzarət edilməsi, onların yol şəraitində sınaqdan keçirilməsi və işə yararlılığının müəyyən edilməsi;
– Texnika və avtomobillərin təmirinin zədələnmədən həyata keçirilməsi;
– Texnika və avtomobillərin vaxtından əvvəl sıradan çıxma səbəblərinin araşdırılması və lazımi tədbirlərin həyata keçirilməsi;
– Təhlükəsizlik qaydaları və normalarına əməl etmək, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək;
– Görülmüş işlər haqqında rəhbərliyə məlumatların verilməsi.

Tələblər:
-Yaş: 22-55;
– Texniki sahədə orta ixtisas təhsili;
– Çilingər kimi yük maşınları və texnikalar üzrə minimum 3 il iş təcrübəsi;
– Texnikaların əsas iş prinsipləri, xüsusiyyətləri və imkanlarını bilməli;
– Komanda ilə işləmə bacarığı;
– Məsuliyyətli, işgüzar, ciddi, diqqətcil, dürüst və aktiv olmalıdır.

İş şəraiti:
-6 günlük iş qrafiki;
-İş yeri: Bakı, Abşeron r-nu,Sumqayıt şossesi 13, 5-ci km. (Masazır dairəsi yaxınlığı);
-Servis xidməti mövcuddur;
-Nahar şirkət tərəfindən verilir;
-Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu [email protected] yerinə “Çilingər” (Yük maşınları, texnika və avtomobil üzrə) yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.
3.  Vəzifə -” Nəqliyyat şöbəsinin müdiri “

Vəzifə öhdəlikləri:
-Nəqliyyat bölməsinin işini ümumi müəssisə strategiyasına sinxronlaşdırılmasının təmin edilməsi;
-İllik nəqliyyat büdcəsinin planlanması, büdcə limitləri çərçivəsində səmərəli şəkildə istifadə edilməsi;
-Gündəlik çatdırılma fəaliyyətinin səmərəli şəkildə təmin olunması məqsədilə resursların və işlərin effektiv planlaşdırılması və həyata keçirilməsi;
-Qabaqcıl texnologiyaları tətbiq etməklə nəqliyyat sisteminin gələcək fəaliyyətinin təkmilləşdirilməsi;
-Departament əməkdaşlarının effektiv fəaliyyətinin təmin olunması;
-Nəqliyyat Departamentinə işə qəbul üzrə müraciət edən namizədlərin ixtisaslarının nəzərdən keçirilməsi və seçim üçün tövsiyələrin verilməsi.

Tələblər:
Təhsil: Ali təhsil (analoji sahə üzrə);
Yaş həddi: 30-50;
Dillər: Azərbaycan və Rus dili (İngilis dili arzuolunandır);
Nəqliyyat üzrə (logistika, ticari daşımacılıq) vəzifələrdə ən azı 3 il iş təcrübəsi;
Kompüter biliyi: Word, Excell, Internet Explorer; (1C proqramını bilənlərə üstünlük verilir);
Ölkədaxili və ölkəxarici logistika, distribusiya və təchizat sahələrinin mövcud vəziyyəti barədə məlumatlılıq;
Avtomobil servis mərkəzlərini, ehtiyat hissələrinin satışı mərkəzlərini yaxşı tanımalı;
Analitik düşünmə bacarığı və statistik göstəricilərlə işləmə qabiliyyəti.

İş şəraiti:
-6 günlük iş qrafiki;
-İş yeri: Bakı, Abşeron r-nu,Sumqayıt şossesi 13, 5-ci km. (Masazır dairəsi yaxınlığı);
-Servis xidməti mövcuddur;
-Nahar şirkət tərəfindən verilir;
-Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə [email protected] mövzu yerinə “ Nəqliyyat şöbəsinin müdiri ” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.

4. Vəzifə – “Sənədləşmə üzrə mütəxəssis”

Vəzifə öhdəlikləri:
– Daxil olan sənədləri qəbul etmək və qeydiyyatını aparmaq;
– Sənədləri aidiyyatı üzrə bölüşdürmək və icraçılara çatdırılmasını təşkil etmək;
– Sənədlərin göndərilməsini təşkil etmək;
– Sənədlərin icra müddətinə nəzarət etmək;
– Sənədlərin surətini çıxarma, çoxaltma və elektronlaşdırma işini həyata keçirmək;
– Sənədləri işlər üzrə formalaşdıraraq arxivə vermək;
– Sənədlərdən istifadə edilməsini təmin etmək;
– Zəruri sənədləri aktla təhvil almaq;
– Ay ərzində göndərilən sənədlərin siyahısını poçt xidmətləri ilə tutuşdurmaq və poçt xidmətinə görə daxil olan hesabları dəqiqləşdirmək;
– Göndərilən sənədlərin ünvana çatmasına davamlı olaraq nəzarət etmək və çatma xəbərnamələrini poçt xidmətindən tələb etmək.

Tələblər:
-Azərbaycan dilində yüksək yazı bacarığı;
-Ali təhsil;
-Sahə üzrə minimum 6 ay iş təcrübəsi;
– MS Office kompüter proqramlarından sərbəst istifadə etmək bacarığı.

İş şəraiti:
-6 günlük iş qrafiki;
-İş yeri: Bakı, Abşeron r-nu,Sumqayıt şossesi 13, 5-ci km. (Masazır dairəsi yaxınlığı);
-Servis xidməti mövcuddur;
-Nahar şirkət tərəfindən verilir;
-Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə  [email protected] mövzu yerinə “Sənədləşmə üzrə mütəxəssis” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.

5. Vəzifə – “İnsan Resursları üzrə aparıcı mütəxəssis”

Vəzifə öhdəlikləri:
-Müxtəlif təyinatlar üzrə əmrlərin hazırlanması və yayımlanmasını həyata keçirir;
-Mövcud vakansiyalar üzrə namizədləri seçir, müvafiq testlərdən, görüşmələrdən keçirir, uyğun olan namizədi işə qəbul edir;
-İşə qəbul sənədlərinin toplanması, yoxlanması, şəxsi işlərin hazırlanması, elektron bazada saxlanmasına nəzarət edir;
-Bölmələrdə həftəlik hazırlanmış iş qrafiki üzrə işçilərin işə gəlməsinə nəzarət edir;
-İşçilərin aylıq tabelinin hazırlanmasına nəzarət edir, ödəniş olunması üçün maliyyə şöbəsinə göndərir;
-Şöbə rəhbərləri ilə birlikdə işçilərin məzuniyyət planını hazırlayır, həmin plan üzrə işçilərin məzuniyyətə çıxmasına nəzarət edir;
-Şirkət daxili prosedur qaydalarının pozulması hallarını təsbit edir, işçilərin izahatlarının, təqdimatlarının və komissiya üçün zəruri olan digər məlumatları toplayaraq nizam-intizam komissiyasını təşkil edir, komissiya tərəfindən verilən əmrin icrasını təmin edir;
-Vəzifə dəyişikliyi ehtiyaclarını araşdırır, uyğun sənədləşmənin aparılmasına nəzarət edir;
-Şirkətin strukturunu hazırlayır və struktur dəyişikliyi ehtiyaclarını araşdırır;
-İşdən azad olunan işçilərə son haqq-hesabın verilməsi, işçiyə verilən imtiyazların geri alınmasına nəzarət edir;
-İşçilərin məlumat bazasının yaradılmasına və daim yenilənməsinə nəzarət edir;
-İşçilərin gündəlik davamiyyətlərinə nəzarət edir.

Tələblər:
-Ali təhsil;
-Sahə üzrə 5 il iş təcrübəsi;
-AR-nın Əmək məcəlləsini və qanunvericilikdəki dəyişiklikləri mükəmməl səviyyədə bilmək;
-MS Office proqramlarından (xüsusilə, Excel, Word, PowerPoint, 1C 8.3) istifadə bacarıqları;
-İngilis və Rus dil bilikləri.

İş şəraiti:
-İş yeri : Baş Ofis (Luxen Plaza);
-İş saatı: 09-00-dan 18-00-dək;
-İstirahət: Şənbə və bazar günü;
-Nahar şirkət tərəfindən verilir;
-Korporativ nömrə verilir.

Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə [email protected] mövzu yerinə “ “İR üzrə aparıcı mütəxəssis”” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]