Qida Təhlükəsizliyi İnstitutu “Laboratoriya müdiri” axtarır ( Gəncə)
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən Gəncə Regional Sınaq Laboratoriyası üçün “Laboratoriya müdiri” vəzifəsi üzrə vakansiya elan olunur.
Namizədə tələblər:
-Kimya və biologiya ixtisasları üzrə ali təhsil;
– Laboratoriya sahəsində ən azı 3 il iş təcrübəsi arzu ediləndir;
– AZS ISO/IEC 17025 standartının şərtlərini bilməli;
-Azərbaycan Respublikasının əhalinin sanitariya-epidemioloji salamatlığı sahəsində tətbiq olunan qanun və digər normativ hüquqi aktlarını;
-Dəqiqlik, diqqətlilik;
-Komanda ilə işləmə bacarığı olmalı;
İş şəraiti:
-İş yeri: Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Gəncə Regional Sınaq laboratoriyası (Gəncə şəhəri);
-İş qrafiki: 5 günlük iş həftəsi;
– Əmək haqqı – razılaşma əsasında;
Vəzifə öhdəlikləri:
– Laboratoriyanın fəaliyyətini təşkil edərək ona rəhbərlik edir;
-Laboratoriyanın fəaliyyət istiqamətinə uyğun olaraq yeni metodların araşdırılması, tətbiq edilməsini təşkil edir və prosesdə iştirak edir;
-Laboratoriya nəticələrinin təhlil edilməsi və bununla bağlı dövri hesabatların hazırlanmasını təmin edir;
-Laboratoriyada olan bütün cihaz və avadanlıqlardan, ümumiyyətlə, maddi-texniki bazadan səmərəli və effektiv istifadə edilməsini, onların işlək vəziyyətdə saxlanılmasına nəzarəti təmin edir;
-Laboratoriya işinin forma və metodlarını, laboratoriyanın fəaliyyətinin planlaşdırılmasını, işçilərin iş yerlərində yerləşdirilməsi və onların ixtisaslarına uyğun istifadəsini təmin edir;
– Laboratoriyanın işinin perspektiv və cari planlarını işləyib hazırlayır, bu planların yerinə yetirilməsinə nəzarəti həyata keçirir;
-Keyfiyyət İdarəetmə Sistemi Sənədlərində əks edilən vəzifə və məsuliyyətləri yerinə yetirir;
– Laboratoriyada həyata keçirilən müayinə nəticələrini yoxlayır və təsdiq edir;
Namizədlərdən CV-lərini mövzu yerinə “Gəncə” yazaraq [email protected] e-poçt ünvanına göndərmələri xahiş olunur.
Tələblərə cavab verən namizədlərin CV-ləri təhlil edilərək müsahibəyə dəvət olunacaqdır.
Vakansiyalar
-
23 saat, 18 dəq
How Infrastructure Affects Worker Efficiency in Smart Cities
-
4 gün, 5 saat, 7 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
6 gün, 3 saat, 59 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 6 gün, 4 saat, 33 dəq
- 6 gün, 22 saat, 39 dəq