Vakansiya: Kibertəhlükələrin aşkarlanması və İnsidentlərin Monitorinqi üzrə Kiçik Mütəxəssisi tələb olunur

İşəgötürən: PASHA Bank
Vakansiya: Kibertəhlükələrin aşkarlanması və İnsidentlərin Monitorinqi üzrə Kiçik Mütəxəssis
Son tarix: 19 may 2022
İşiniz nədən ibarətdir?
-Sxem və proseslərə əsasən istifadəçi, şəbəkə, proqram, sistem və fiziki aktivlərə giriş monitorinqinin aparılması;
-Məlumat sistemlərinin daxili və xairici təhdidlərdən qorunması;
-İnsidentin prioritetliyinin müəyyən edilməsi;
-Təhlükəsizlik riskləri və təhdidlərini aşkarlamaq məqsədilə təhlükəsizlik hallarının monitorinqi və analizinin aparılması üçün müxtəlif təhlükəsizlik və monitorinq vasitələrindən istifadə;
-İnsidentlərin mövcudluğunun yoxlanılması;
-Son istifadəçilər tərəfindən imeyl vasitəsilə daxil olan həyacanların nəzərdən keçirilməsi və sorğu açılması;
-Daxil olan sorğuların birinci dərəcəli çeşidlənməsinin aparılması;
-Hadisənin prioritetliyinin ilkin qiymətləndirilməsi, risk və zədələrin müəyyən edilməsi, təhlükəsizlik və ya məxfi məlumat sorğusunun müəyyən edilməsi məqsədilə insidentin aşkarlanması;
-İlkin tədqiqatın aparılması, həyəcanların və onlara asılı olan sistemlərin monitorinqi;
-Yüksək prioritetli insidentlər haqqında L2 analitiklərin məlumatlandırılması və insidentlərin L2 analitiklərinə eskalasiya edilməsi;
-İnsidentlərin həllində və onların eskalasiya olunduğu təqdirdə aktiv iştirak;
-İnsidentin idarəedilməsi prosesini dəstəkləmək üçün digər komanda heyəti ilə sıx əməkdaşlıq;
-Təyin olunmuş sorğuların növbəliliyi əsasında işlənilməsi;
-Aşağı və bəzi orta dərəcəli insidentlərə cavab verilməsi;
-Yanlış həyəcanlarla bağlı mühəndislik komandasına məlumat verilməsi;
-Cari zəifliklər və təhdidlər haqqında daxili sistemlərə birbaşa təsir edənlər haqqında məlumatlı olmaq.
Sizdən nə tələb olunur?
-Təhsil: İnformasiya Texnologiyaları, Riyaziyyat və digər əlaqəli sahədə Bakalavr təhsili
-İş təcrübəsi: İT Əməliyyatları üzrə 0-1 il
-Dil bilikləri: İngilis və Rus
-Lisenziya və sertifikatlar: CCNA, RHCSA, MCP, MCITP, CCNA Security, CompTIA Security+
-Kompüter bilikləri:
-Ümumi kibertəhlükəsizlik anlayışı
-Ümumi desktop OS və server OS biliyi
-Şəbəkə protokolları (i.e. TCP/IP)
-Təhlükəsizlik təhdidləri və zəifliklər haqqında ümumi məlumat
-Active Directory, LDAP, DNS, VPN və DHCP haqqında anlayış
-Host-based firewalls, Anti-Malware, HIDS haqqında bilik
Digər:
-Güclü analitik və problem həll etmə bacarıqları
-Komandada iş
-Effektiv şifahi və yazılı ünsiyyət bacarıqları
-Cari insidentə cavab siyasəti ilə işləmək bacarığı
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 18.05.2022-ci il tarixinədək başlıqda “Kibertəhlükələrin aşkarlanması və İnsidentlərin Monitorinqi üzrə Kiçik Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 2 saat, 28 dəq
-
1 gün, 1 saat, 28 dəq
AGRO – WEST DC LLC işə qəbul üzrə aparıcı mütəxəssis axtarır
- 1 gün, 1 saat, 30 dəq
- 1 gün, 1 saat, 32 dəq
-
1 gün, 1 saat, 34 dəq
Sinteks Group of Companies informasiya texnologiyaları üzrə Təcrübə Proqramı elan edib