Vakansiya: Keyfiyyətə nəzarət üzrə mütəxəssis axtarır

Mütəxəssis

keyfiyyət 1


İşəgötürən: SOCAR Downstream Management

Vakansiya: Keyfiyyətə Nəzarət üzrə Mütəxəssis

Son tarix: 06 avqust 2022

Vəzifə öhdəlikləri:

-Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi (SƏTƏM) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərə, istismar qaydalarına, qurumun prosedurlarına riayət edilməsi.

-İşləyərkən iş təhlükəsizliyi tədbirlərini qəbul etmək və yerinə yetirmək, lazımi materialları və ehtiyat hissələrini anbardan götürmək, materiallardan yerində, doğru və qənaətcil istifadə edərək, öz səlahiyyətlərindən kənar vəziyyətlər haqqında rəhbərinə məlumat vermək.

-Anbarlarda, emalatxanalarda mövcud olan və ya NEZ-ə mədaxil edilən material və ya avadanlıqların təftiş işlərinə kömək etmək, izləmək və həyata keçirmək

-İş icazəsi prosedurlarına uyğun olaraq, SƏTƏM qaydaları çərçivəsində birbaşa rəhbəri tərəfindən zəruri hesab edilən tapşırıqları yerinə yetirmək. Keyfiyyətə nəzarət ilə əlaqəli müxtəlif sferalarda özünü daim təkmilləşdirmək, təlimlərdə müvəffəqiyyət göstərmək, təhlükəsiz, yüksək keyfiyyətdə, iş səlahiyyət sənədlərinə uyğun olaraq xətasız işləmək üçün qayğı göstərmək.

-İş saatları xaricində qəza və ya fors-major hallarında rəhbərindən gələn zənglərə cavab vermək, lazım olduğu halda əlavə vaxtda qalmaq.

-NEZ  balansında olan statik avadanlıqların (istilik dəyişdiriciləri, sobalar, reaktorlar, sütunlar, barabanlar, borular və s.)  təftiş test planlarında (ITP) müəyyən edilmiş işləri izləmək, planlamaq və həyata keçirmək. Avadanlıqların təmirə ehtiyacı barəsində ilkin rəyi vermək,  təftiş – test nəticələri haqqında tekniki nəzarət mühəndisinə məlumat vermək və texniki nəzarət hesabatı yaratmaq.

-Keyfiyyətə nəzarət texnikləri, aidiyyatı digər NEZ departamentləri və ya müqaviləli kənar təşkilatlar tərəfindən həyata keçirilən qeyri destruktiv testlər, termiki emal, hidrostatik test, boyalama, qumlama və s. fəaliyyətləri izləmək və hesabatlaşdırmaq. Lazım olduğu halda, qeyri-destruktiv testləri (PT,MPİ,UT, PMİ, RT, VT) həyata keçirmək, nəticələri qeyd etmək, hesabatlaşdırmaq və keyfiyyətə nəzarət mühəndisinə ötürmək.

-Statik avadanlıqların və boru xətlərinin təmirdən öncə və sonra, keyfiyyəyə nəzarət mühəndisləri tərəfindən beynəlxalq standartlar və daxili qaydalar və prosedurlar əsasında yazılmış iş metoduna uyğun zahiri baxışla və ya öncədən müəyyən edilmiş qeyri destruktiv metodla yoxlanılmasını təşkil etmək və nəticələri hesabatlaşdırmaq. 

Tələblər:

-SƏTƏM qaydaları limitində qapalı məkanda, yüksəkdə, zərərli mühitdə işləmək üçün fiziki və psixoloji baxımdan sağlam olmaq

-Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi

-Mühərrik və ya təzyiq altında işləyən avadanlıqların təmir və xidməti üzrə mexanik peşə təhsili arzu olunandır

-İstilik dəyişdiriciləri, sobalar, reaktorlar, sütunlar, barabanlar, borular və s. kimi statik avadanlıqların iş prinsipini və təftişini bilmək.

-İngilis – dili arzu olunandır

-EN9712 NDT – UT, MPI, LPT, RT Səviyyə 2 və ya 3 sertifikatlarından biri və ya bir neçəsi

-CSWIP 3.1 – qaynaq inspektoru arzu olunandır

-NACE CİP Səviyyə 2 –  Boya və izolyasiya sertifikatı arzu olunandır 

Müraciət forması:

CV-nizi mövzu hissəsində vəzifə adı göstərilməklə göndərməyiniz xahiş olunur. 

Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq. 

CV-nin göndərilməsi üçün e-mail: [email protected]


©️ 2022

070 231 45 70

[email protected]