Vakansiya: Keyfiyyətə nəzarət üzrə aparıcı mütəxəssis axtarır

İşəgötürən: Azprotein Foods Group
Vakansiya: Keyfiyyətə nəzarət üzrə aparıcı mütəxəssis
Son tarix: 11 iyun 2022
Namizədə tələblər:
-İş stajı: ən azı 3-5 il
-Ali təhsil: Qida mühəndisliyi, Biologiya, Zoologiya, Baytarlıq, Kimya və ya bunlara uyğun ixtisaslar
-Sertifikat: İSO 9001:2015, İSO 22000:2010, İSO 10002:2018 və İSO 17025 standartının şərtlərini bilməli, bu sahədə təlim almış olmalı və sertifikatı olması arzuolunandır.
-Təcrübə: Heyvan mənşəli Qida istehsalı sahəsində Keyfiyyətə nəzarət üzrə təcrübənin olması arzuolunandır.
-Müəssisə Buzovna qəsəbəsində yerləşir.
Vəzifə öhdəlikləri:
-İş təlimatlarına və standartlara əsasən analiz və sınaqların aparılması
-Prosesdəki keyfiyyət pozuntusunun səbəbini araşdıraraq, gərəkli tədbirlərin alınması və uyğunsuzluqların aradan qaldırılması yönündə işlərin görülməsi
-Hazır məhsullarda müxtəlif maddələrin təsbitinin, nəticələrinin standartlarla müqayisə edilməsi
-Cəmiyyətin istehsal sahələrində istehsal olunan məhsulların keyfiyyətinə nəzarət sahəsində görülən işlərin koordinasiyası və təşkili
-İş metodunun, keyfiyyətə nəzarət prosedurlarının hazırlanması, sahələrdə risk analizinin aparılması;
-Sahəyə daxil olan materialların, məhsulun keyfiyyətinin vizual yoxlanması, keyfiyyət, mənşə və uyğunluq sertifikatlarının yoxlanması
-Beynəlxalq standartların tələblərinə uyğun sənədləşmə proseslərinin həyata keçirilməsi;
-Aidiyyatı şöbələrdə təlimatların keçirilməsi;
-İstehsalat, anbar, laboratoriyaya aid prosedur və təlimatlara, sanitar-gigiyenik norma və qaydalarına riayət edilməsinə nəzarət etmək;
-Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim etmək.
Əmək haqqı: 1500 AZN (başlanğıc üçün).
İş qrafiki: 6 günlük .
Nahar şirkət tərəfindən təmin olunur. Koroğlu metrosundan servislə işə çatdırılma var.
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Vakansiyalar
- 2 gün, 2 saat, 34 dəq
- 2 gün, 2 saat, 36 dəq
- 2 gün, 2 saat, 38 dəq
- 2 gün, 2 saat, 41 dəq
- 2 gün, 2 saat, 45 dəq