Vakansiya: Hüquqşünas tələb olunur

Hüquqşünas

huquqsunas 1


İşəgötürən: Avro – Asiya İnşaat Korporasiyası “Evrascon” ASC

Vakansiya: Hüquqşünas

Son tarix: 19 oktyabr 2022

Vəzifə funksiyaları:

-Cəmiyyətin qarşılaşdığı əsas hüquqi və qanunvericilik məsələlər üzrə məsləhət verərək onun hüquqi risklərinin azaldılması; 

-Cəmiyyətin fəaliyyəti ilə bağlı qanunvericilikdə edilən əsas dəyişikliklərin hüquqi monitorinqi sisteminin təşkil edilməsi; 

-Mülki-hüquq müqavilələrinin hüquqi ekspertizasını həyata keçirmək;

-Daxili korporativ aktların, əmr, təlimat, qayda və prosedurların, əsasnamələrin hazırlanmasında iştirak, onların hüquqi ekspertizası;

-Cəmiyyətin struktur bölmələrinin yazılı sorğularına əsasən praktik işlərində əmələ gələn hüquqi məsələlər üzrə izahat və məsləhətlərin verilməsi;

-Cəmiyyətin məhkəmə proseslərində təmsil olunmasının təşkil edilməsi;

-Cəmiyyətin dövlət orqanları və digər tərəfdaşlarla münasibətlərdə təmsil olunması;

-Dövlət orqanları ilə sənədləşmə işlərini həyata keçirilməsi;

-Daxili sənədlərin hüquqi tələblərə uyğunluğunun yoxlanması;

-Hüququn müxtəlif sahələri ilə əlaqəli yazılı və şifahi hüquqi məsləhətlərin verilməsi prosesinin təşkili; 

-Cəmiyyətin təsis sənədlərində baş vermiş dəyişikliklərin sənədləşdirilməsi və təsdiqlənməsi;

-Hüquq şöbəsinin müdirinin hüquq xarakterli digər tapşırıqlarının yerinə yetirilməsi.

Ümumi tələblər:

-40 yaşadək bəylər

-Hüquqi ali təhsil;

-Hüquq sahəsində 5 ildən az olmayan iş stajı;

-Kompüter bilikləri- Təcrübəli istifadəçi

-Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır;

-Azərbaycan və Rus dilində səlist danışıq və yazı qabiliyyəti

-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmağı üstünlükdür.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]