Vakansiya: Gənc insan resursları mütəxəssisi axtarır (regionlar)
İşəgötürən: MKT İstehsalat Kommersiya MMC
Vakansiya: Gənc İnsan Resursları mütəxəssisi (regionlar)
Son tarix: 12 iyun 2022
Ağcabədi, Ağdam, Biləsuvar, Bərdə, Beyləqan, İmişli, Goranboy, Salyan, Saatlı, Sabirabad, Mingəçevir, Neftçala, Tərtər, Yevlax, Zərdab.
Vəzifə öhdəlikləri:
Gənc İnsan Resursları mütəxəssisi çalışdığı bölgə üzrə İnsan resursları üzrə mütəxəssislərin rəhbərliyi altında aşağıdakı işləri icra edir:
-Filialda yaranan vakansiyaların qarşılanması uyğun namizədlərin tapılması yönündə aktiv iştirak edir;
-Əmək qanunvericiliyinə, əsasnamə və təlimatlara əsasən filialda işə qəbul edilən, işdən işdən azad edilən, vəzifə dəyişikliyi sənədləşmə işlərini həyata keçirilməsində kömək edir;
-İşçilərin şəxsi işlərini formalaşdırır, səliqəli saxlayır;
-Kadrlar üzrə tələb edilən hesabatların hazırlanması və vaxtında təqdim edilməsini həyata keçirir;
-İşə qəbul, işdən azad, vəzifə dəyişikliyi, məzuniyyət, ezamiyyət və istehsalat əmrlərinin verilməsinə yardım edir;
-Filialda işçilərin davamiyyətinə nəzarət sistemi ilə işləyir və filial direktoruna davamiyyətdəki nöqsanları məlumat verir;
-Filialda işləyən işçilərdən nizam-intizama əməl etməyənlər haqqında, filial direktorunun göstərişi ilə qanunvericiliyin tələbinə uyğun inzibati cəzalar verilməsində sənədləşmə işlərini görür;
-Filial işçilərinin əmək haqqı hesablanmasına yardım edir;
-Mövsüm dövrünə hazırlıq zamanı ən azı 1 ay əvvəldən tələb olunacaq işçilərin sayını və vəzifələrini yerli rəhbərliyə təqdim etmək üçün araşdırma edir;
-İşçilərə məzuniyyətlərin verilməsi proseslərində yardım edir;
-Şəxsi işlərin arxivləşdirilməsini aparır, vaxtı keçmiş işlərin arxivə verilməsini təşkil edilməsinə yardım edir.
Tələblər:
-Sahə üzrə iş təcrübəsinin olması üstünlükdür;
-Müvafiq sahə üzrə ali təhsil (Biznesin idarə olunması, iqtisadiyyat, Beynəlxalq əlaqələr, İctimaiyyətlə əlaqələr və digər);
-Azərbaycan dilini səlis (rus dili orta səviyyədə üstünlükdür) bilməlidir.
-Müntəzəm işgüzar səfərlərdə iştirak etməyə hazır olmaq.
Səriştələr:
-Məsuliyyətli
-Şəxsi inkişafa meylli
-Pozitiv
-Özünütəşkiletmə qabiliyyəti
-Nailiyyət yönümlülük
-Etibarlılıq
-Dürüstlük
Əlavə məlumat:
-Əmək haqqı razılaşma əsasında;
-İş qrafiki: Altı günlük iş həftəsi
-İş yeri: Ağcabədi, Ağdam, Biləsuvar, Bərdə, Beyləqan, İmişli, Goranboy, Salyan, Saatlı, Sabirabad, Mingəçevir, Neftçala, Tərtər, Yevlax, Zərdab.
“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkələrə daxil olaraq müraciət edə bilərsiniz.
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
-
3 gün, 7 saat, 40 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
5 gün, 6 saat, 32 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 5 gün, 7 saat, 6 dəq
- 6 gün, 1 saat, 12 dəq
- 6 gün, 20 saat, 26 dəq