Vakansiya: Frontend developer tələb olunur

İşəgötürən: İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi
Vakansiya: Frontend developer
Son tarix: 16 iyun 2022
Ümumi vəzifə öhdəlikləri:
-Yeni veb layihələr üzərində çalışmaq
-Mövcud veb layihələri inkişaf etdirmək
-Veb layihələr üzərində komanda üzvü olaraq çalışmaq
-Müxtəlif layihələri üzrə verilən tapşırıqların vaxtında yerinə yetirilməsi üçün layihə meneceri ilə sıx işləmək
-Layihələrin planlanması, development’i, deploy edilməsi və baxımı
-Yeni texnologiyaların araşdırılması və tətbiq olunması;
-Məhsulun biznes məntiqinin və back-end sisteminin dizayn olunması və proqramlaşdırılması;
-Effektli və tam tələblərə cavab verən APİ-ların hazırlanması;
-Mənbə kodlarını analiz etmək və ehtiyaca uyğun dəyişiklikləri icra etmək;
-Unit və inteqrasiya testlərinin yazılması və gündəlik tapşırıqlar üçün avtomatik alətlərin hazırlanması;
-Keyfiyyətli, effektli kodların yazılması və sənədləşdirilməsi;
-Riskləri və səmərəsiz həll yollarını aradan qaldırmaq üçün ideya və fikirlərin təhlil olunması;
-Data strukturları biliyi və algoritmlər hazırlamaq bacarıqı;
-Yeni texnologiyaların araşdırılması və tətbiq olunması.
Namizədə qarşı tələblər:
-Ali təhsil (İT sahəsində təhsilə üstünlük verilir);
-İş təcrübəsi: Production mühitinə çıxarılmış bir produktun hazırlanmasıda ən azı 2 il;
-Dil bilikləri: Azərbaycan dili (əla); İngilis dilləri dili (əla);
-OOP prinsiplərini aktiv istifadə etmə təcrübəsi;
-Yeni texnologiyalari sürətlə öyrənmə həvəsi;
-Texniki bilik tələbləri: Angular/React, AJAX, CSS, HTML, REST, MVC, git
-Yüksək debug etmək bacarıqı;
-UI/UX proseslərinə diqqət bacarıqı
-Test yazma bacarığı.
Arzu olunan tələblər:
-WebGL və HTML5 canvas bazlı grafika API’ları biliyi;
-Proyektlərin yaradılması və komandaların formalaşmasında təşəbbüskarlıq göstərmə təcrübəsi;
-Agile metodologiyaları biliyi;
-CI/CD proseslərinin qurulması təcrübəsi;
-Avtomatlaşdırılmış testlər yazma bacarığı.
Sizə nə təklif edirik?
-Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
-Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
-Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 iyun 2022-ci il tarixinədək elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Frontend” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 8 saat, 6 dəq
-
15 saat, 46 dəq
NOVCO Group of Companies korporativ satış mütəxəssisi axtarır
- 15 saat, 55 dəq
- 15 saat, 56 dəq
- 15 saat, 58 dəq