Vakansiya: ERP proqramçı tələb olunur

İşəgötürən: IDE Soft
Vakansiya: ERP Proqramçı
Son tarix: 21 oktyabr 2022
Vəzifə öhdəlikləri:
-Şirkət daxili proqramların istifadəçilərinə dəstək
-Mövcud layihələrdə texniki dəstək işlərinin aparılması.
-Proqram təminatında yaranan xətaları toplamaq və köklü həllinə çalışmaq
-Proqram təminatı ilə əlaqəli sorğuları cavablamaq
-(ERP, MRP, Mobile və Retail layihələrinə tam dəstək).
Tələblər:
-MS SQL haqqında bilik və bacarıqlar
-Transact SQL-də kod yazma bacarığı
-MS Excel haqqında bilik və bacarıqlar
-ERP bilikləri
-LOGO Tiger ERP proqram biliyi(üstünlük veriləcək)
-LOGO LOD(Logo Object Designer) VBS(Visual Basic Scripti) ilə kod yazmaq
-Bu sahədə ən az 1 il iş təcrübəsi
-ERP inteqrasiyaların yazılması
-İnteqrasiyaların, texniki sənədlərinin hazırlanması;
Əlavə məlumat:
-Əmək haqqı: Razılaşma yolu ilə;
-İş qrafiki: I-V gün 09:00-17:00, şənbə 09:00-15:00,bazar-istirahət günü.
-Nahar fasiləsi 13:00-14:00 (1 saat)
-İş yeri: Bakı şəhəri
-Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Səriştələr:
-Kollektiv şüurla komanda şəklində fəaliyyət
-Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət xarakterlərə malik olmaq
-Məntiqi və analitik düşünmə tərzi və təşəbbüsskarlıq
-Etibarlılıq
Vakansiyaya müraciət etmək istəyən şəxslər öz cv-lərini mövzu hissəsində “ERP Proqramçı” yazıb [email protected] e-mail ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 6 saat, 8 dəq
- 6 saat, 13 dəq
- 6 saat, 16 dəq
- 6 saat, 20 dəq
- 6 saat, 27 dəq