Vakansiya: Əməliyyat şöbəsinə stajçı / kiçik mütəxəssis tələb olunur

Mütəxəssis


İşəgötürən: Xalq Həyat Sığorta

Vakansiya: Əməliyyat şöbəsinə stajçı/ kiçik mütəxəssis

Son tarix: 10 sentyabr 2022

İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)

Ünvan: Bakı şəhəri, İnşaatçılar pr.,22 L.

Öhdəliklər:

-Cari sorğular üzrə müqavilələrin və digər sənədlərin hazırlanmasında və dəqiqliklə yoxlanılmasında iştirak;

-Sənədlərin və müqavilə nüsxələrinin arxivləşdirilməsi;

-Məlumat bazasına məlumat daxil etməklə müqavilələr üzrə məlumatların işlənilməsi;

-Şöbənin proseslərinə aid sənədləşmə bazasının tərtib edilməsi və daimi əsaslarla onun təkmilləşdirilməsi və nəzərət edilməsi;

-Şöbədə aparılan işlər üzrə hesabatların hazırlanması;

-Birbaşa müdirin göstərişinə əsasən digər vəzifələrin həyata keçirilməsi.

Tələblər:

-Ali təhsil;

-Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;

-Azərbaycan və rus dilində sərbəst, ingilis dilində yaxşı səviyyədə danışıq qabiliyyəti;

-Microsoft Office proqram təminatı üzrə yüksək səviyyədə işləmək bacarığı;

Fərdi keyfiyyət tələbləri:

Yüksək analitik düşünmə qabiliyyəti, məsuliyyətlilik və icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönlülük, nəticəyə meyillilik bacarığı, məlumat toplamaq və təhlil etmək bacarığı, danışıqlar aparmaq, dinləmə, məlumatın düzgün ötürülmə bacarıqları, yazı qabiliyyəti, konfliktlərin və stressin idarə edilməsi, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmək bacarığı, özünütəkmilləşdirmə bacarığı, təşəbbüskarlıq və yenilikçilik bacarığı.

Qeyd: CV-lər azərbaycan dilində, “Xalq Həyat” Sığorta Şirkətinin saytında yerləşdirilmiş CV formasını doldurmaqla göndərilməlidir. Əks halda Tələblərə uyğun olmayan və mail-da mövzu qismində “Əməliyyat və təkrarsığorta idarəsinin Əməliyyat şöbəsinə stajçı/ kiçik mütəxəssis” qeyd olunmayan “CV”-lərə baxılmayacaq. 

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]