Vakansiya: Əməliyyat Departamentinə aparıcı mütəxəssis tələb olunur
İşəgötürən: Ziraat Bank Azərbaycan
Vakansiya: Əməliyyat Departamentinə mütəxəssis/aparıcı mütəxəssis
Son tarix: 15 may 2022
Vəzifəyə olan tələblər:
-Ali təhsil;
-MS Office (MS Office Excel yaxşı səviyyədə) bilikləri;
-Müvafiq sahə üzrə 2 illik bank stajı;
-Türk, Rus və İngilis dil bilikləri müsbət qarşılanır.
Əsas vəzifələr:
-Kağız daşıyıcıda təqdim olunan AZN və xarici valyuta köçürmələrinin yığılması, xarici valyuta köçürməsi mal alışı üçün olduqda, qabaqcadan ödəmə/YGB nömrəsinin elektron portalda yoxlanılması, müqaviləyə bağlılığı və qalıqlara nəzarət edilməsi;
-SWIFT formatlarda müştəri ödənişləri və banklararası əməliyyatların icrası;
-Internet Banking-da yığılan xarici valyuta ödənişlərinin sənədlərinin yoxlanılması və verifikasiyası, xarici valyuta köçürməsi mal alışı üçün olduqda, qabaqcadan ödəmə/YGB nömrəsinin portalda yoxlanılması, müqaviləyə bağlılığı və qalıqlara nəzarət edilməsi;
-İcra edilmiş xarici valyuta ödənişlərinə aid qabaqcadan ödəmə kodlarının və bəyannamə nömrələrinin gömrük portalında işlənməsi;
-Konsiqnasiya ilə bağlı sənədlərin yoxlanılması və gömrük portalında işlənməsi;
-Qabaqcadan ödəmə ilə bağlı sonradan təqdim edilən bəyannamələrin yoxlanılması və gömrük portalında işlənməsi;
-Vergi və məhkəmə orqanlarının məktublarının cavablandırılması;
-Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının normativ aktlarına uyğun qaydada əməliyyatların aparılması və bununla əlaqədar bütün lazımi işlərin yerinə yetirilməsi;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Əməliyyat departamenti” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Vakansiyalar
-
3 saat, 34 dəq
Etyczne dylematy wynikające z wykorzystaniem AI w wirtualnych kasynach
-
4 saat, 18 dəq
A amunra kaszino amunra casino banki lehetőségekről és kifizetésekről szóló kimerítő oktatóanyag
-
4 saat, 20 dəq
No Wagering Gambling Establishment: A Guide to Gambling Without Limitations
-
22 saat, 56 dəq
Скачайте Pin Up приложение и окунитесь в азартный мир Казахстана
- 1 gün, 1 saat, 35 dəq