Vakansiya: Baş mühasib tələb olunur

İşəgötürən: Green City Resort & Residence
Vakansiya: Baş mühasib
Son tarix: 14 noyabr 2022
Əmək haqqı: 1200-2000 AZN
Əsas vəzifələri:
-Maliyyə nizamına ciddi əməl edilməsi, xərclərin, debitor borclarının, çatışmazlıqların və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsi, gündəlik bank qalığının yoxlanılmasına nəzarət edilməsi;
-Mühasibat sənədlərinin saxlanılmasına nəzarət edilməsi, onların müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirilməsi;
-Aşkar olunan nöqsanların mümkün olduğu halda dərhal yerində həll edilməsi;
-Mühasibat məlumatlarının 1C bazasına vaxtı vaxtında işlənməsi, Vergilər Nazirliyinə və DSMF-na təqdim edilən bəyannamələr və hesabatların düzgünlüyünün yoxlanılması;
-Statistika hesabatlarının vaxtında təqdim olunmasının təmin edilməsi;
-Şirkətlərlə bağlanan müqavilələrin, invoysların və digər maliyyə sənədlərinin vaxtı vaxtında hazırlanması, yoxlanılması, göndərilməsi və prosesə nəzarət edilməsi;
-Əmək haqqının AR Əmək Məcəlləsinə uyğun hesablanması və köçürülməsi;
-Şirkətin maraqlarını əsas tutaraq, şirkətin maliyyə vəziyyətinin səviyyəsinin aşağı düşməsinə səbəb olacaq amillər barədə rəhbərliyin məlumatlandırılması və həlli barədə məsləhətlər verilməsi;
-Maliyyə hesabatı, müəssisənin fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkili;
-Mühasibat uçotuna aid yeni sənədlərin işlənib hazırlanmasına, cari sənədlərin unifikasiyasınıa, uçot- hesablama işlərinin effektiv vasitələrinin yeridilməsi işlərinə rəhbərlik edir:
Tələblər:
-Mühasibatlıq və ya maliyyə ixtisası üzrə ali təhsil
-Aidiyyatı sahə üzrə minimum 5-10 il iş təcrübəsi;
-Peşəkar səviyyədə Microsoft Office (Excell, Word, Outlook), 1C (8.3) proqramında işləmək qabiliyyəti;
-Beynəlxalq sertifikatların (ACCA F3, F7.) olması əlavə üstünlükdür.
-Komandada işləmə və düzgün idarəetmə bacarığı;
-Yüksək analitik qabiliyyəti və problem həll etmə bacarığı;
İş haqqında məlumat:
-İş saatları Həftənin 5 günü:
-Nahar şirkət tərəfindən verilir
-Servis xidməti mövcuddur
-Ünvan: Şıxov, Salyan şosesi.14 cü km
-Əmək haqqı: 1200-2000 AZN
Tələblərə uyğun olan namizadlərdən CV lərini mövzu bölməsində “Baş mühasib” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Vakansiyalar
- 2 gün, 7 saat, 16 dəq
- 2 gün, 7 saat, 19 dəq
- 3 gün, 34 dəq
- 3 gün, 1 saat, 16 dəq
- 3 gün, 1 saat, 18 dəq