Vakansiya: Baş mühasib tələb olunur

Mühasib


İşəgötürən: A+A Security

Vakansiya: Baş mühasib

Son tarix: 15 sentyabr 2022

Vəzifə öhdəlikləri:

-Baş mühasib şirkətin məqsəd və hədəfləri istiqamətində çalışmalıdır. 

-Əmək və nizam-intizam qaydalarına riayət etməlidir.

-Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin 1C 8.3 proqramı üzərindən mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət etməlidir.

-Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etməlidir.

-Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmelidir. 

-Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət etmelidir.

-İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etməlidir. 

-Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etməlidir. 

-Banklara ssudalar üzrə borcların müəyyən olunan vaxt ərzində verilməsinə nəzarət etməlidir. 

-Şirkətə gələn mal alış deklarasiyalarının yoxlanılıb kompüter proqramına daxil olunmasına nəzarət etməlidir. 

-Müştərilərdən köçürmə yolu ilə firmanın hesabına daxil olan ödəmələrin kompüter proqramına daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət etməlidir.

-Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət etməlidir. 

-Fəaliyyəti ilə əlaqədar əməliyyatların aparılması və işlərin görülməsi ilə bağlı işəgötürənə vurduğu ziyana görə tam maddi məsuliyyət daşıyır.

-Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını və digər strukturlarla əlaqələndirməni təşkil etməlidir. 

-Şirkətin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin etməlidir.

-Tabeçiliyində olan işçilərin Şirkətin strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika qaydalarına riayət etmələrini təmin etməlidir.

-Əməyin mühafizəsi, əmək-nizam intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigeniya və mülkü-müdafiə qaydalarına riayət olunmasını təmin etməlidir.

-Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etməlidir.

Şərtlər:

-Iş qrafiki: 5 günlük, (10:00 – 19:00);

-İş yeri: Nərimanov rayonu, Əhməd Bəy ağa oğlu kücəsi 24b 

-Əmək haqqı: 2000 AZN

Maraqlanan şəxslərdən CV-lərini göndərmələri xahiş olunur.

E-mail göndərilərkən mövzu hissəsinə iddia etdiyiniz vakansiyanın adı yazılmalıdır.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]