Vakansiya: Baş mühasib tələb olunur

İşəgötürən: STP Global Cable
Vakansiya: Baş mühasib
Son tarix: 01 iyul 2022
Tələblər:
-Maliyyə, mühasibatlıq və ya iqtisadiyyatın idarə edilməsi sahəsində ali təhsil;
-Mühasibatlıq sahəsində ən azı 5 illik iş təcrübəsi;
-MS Office və mühasibatlıq proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları;
-İdarəetmə, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq qabiliyyəti;
-Milli və beynəlxalq uçot standartları üzrə biliklər;
-Vergi Məcəlləsi üzrə mükəmməl biliklər;
-İnkişaf etmiş rəhbərlik və təşkilatçılıq qabiliyyəti;
-Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə Rus və İngilis dili biliyi;
Hansı işləri görəcəksiniz:
-Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar aparacaq;
-Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin edəcək;
-Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərə tərtib və təqdim edilməsini təmin edəcək;
-İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun hesablanmasına nəzarəti icra edəcək;
-Pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının aparılmasını təmin edəcək;
-Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi işlərini görəcək;
-Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edəcəkdir.
Nə əldə edəcəksiniz?
-Regionun ən böyük sənaye şirkətlər qrupunda işləmək imkanı;
-Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
Əlavə məlumatlar:
-Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
-Şirkət tərəfindən naharla və nəqliyyatla (servis) təmin edilmə;
-Tibbi sığorta mövcuddur;
-İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 – 18:00;
-İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Baş mühasib” yazaraq 01.07.2022- ci il tarixinədək göndərilməsi xahiş olunur.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 2 gün, 7 saat, 5 dəq
- 2 gün, 7 saat, 8 dəq
- 3 gün, 23 dəq
- 3 gün, 1 saat, 5 dəq
- 3 gün, 1 saat, 7 dəq