Vakansiya: Baş mühasib tələb olunur

İşəgötürən: Şabran Aqrokompleks
Vakansiya: Böyük Mühasi̇b
Son tarix: 16 iyun 2022
Vəzifə öhdəlikləri (qısa təsvir):
-Vergi və statistik hesabatların hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq qurumlara təqdim olunması;
-Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borclarının, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
-Bütün növ hesabatların (torpaq,ƏDV,ÖMV,Mənfəət,DSMF və s.) hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi;
-Bank və kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət edilməsi;
-Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
-Pul vəsaitlərinin hərəkəti və maliyyə vəziyyəti haqqında aylıq hesabatın hazırlanması və rəhbərliyə təqdim edilməsi;
-Şirkətin maliyyə-iqtisadi idarə olunmasında aktiv iştirak və ehtiyac duyduqda lazımi təklifləri irəli sürülməsi.
Namizədə olan tələblər:
-Maliyyə, mühasibatlıq və ya digər aidiyyatı sahə üzrə ali təhsil;
-Mühasibatlıq sahəsində minimum 5 illik iş təcrübəsi;
-MS Office (xüsusilə MS Excel) və 1C 8.3 proqramlarında sərbəst işləmək bacarığı.
İş şərtləri:
-İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
-Şabran rayonuna işgüzar səfərlər
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Vakansiya ilə bağlı müraciət üçün CV-nizi mövzu hissəsində “Böyük Mühasib” qeyd edərək göndərməyiniz xahiş olunur.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 1 gün, 22 saat, 42 dəq
- 1 gün, 22 saat, 44 dəq
- 1 gün, 22 saat, 46 dəq
- 1 gün, 22 saat, 49 dəq
- 1 gün, 22 saat, 53 dəq