Vakansiya: Aparıcı mühasib tələb olunur

İşəgötürən: BSC Consulting & Outsourcing Company
Vakansiya: Aparıcı mühasib
Son tarix 19 okt 2022
Öhdəliklər:
-Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
-Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
-Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
-Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
-Elektron Qaimə Faktrura, Hesab Fakturalarının işlənməsi;
-Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
-Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
-Ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi;
-İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması
Tələblər:
-İqtisadiyyat, maliyyə və ya müvafiq sahə üzrə ali təhsil;
-Mühasibat müxabirləşmələrini mükəmməl bilən;
-Mühasibatlıq sahəsində 3 ildən artıq iş təcrübəsi;
-MS Office, 1C proqramları üzrə qabaqcıl istifadə biliyi;
-Komandada işləmə bacarığı;
-Analitik düşünmə qabiliyyəti;
-İşi planlamaq bacarığı;
-Gündəlik iş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı.
İş şəraiti:
-İş qrafiki: 6 günlük iş qrafiki
-Əmək haqqı 800-1200AZN (Müsabiqə əsasında müəyyən olunur)
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Aparıcı Mühasib” yazaraq 19.10.2022- ci il tarixinədək göndərilməsi xahiş olunur.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 1 ay, 1 həftə, 4 gün, 14 saat, 55 dəq
-
1 ay, 3 həftə, 2 gün, 10 saat, 26 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 3 həftə, 6 gün, 18 saat, 24 dəq
- 2 ay, 1 gün, 18 saat, 14 dəq
- 2 ay, 1 gün, 18 saat, 17 dəq