Vakansiya: Aparıcı hüquqşünas tələb olunur (Korporativ sahə üzrə)
İşəgötürən: BSC Consulting & Outsourcing Company
Vakansiya: Aparıcı hüquqşünas (Korporativ sahə üzrə)
Son tarix: 18 iyun 2022
Vəzifə və öhdəliklər:
-Bütün növ müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirtmək;
-Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy vermək;
-İstəilən təşkilati-hüquqi formada hüquqi şəxslərin yaradılması;
-Xarici şirkətlərin Azərbaycan Respublikasında Filial və Nümayəndəliklərinin yaradılması;
-Hüquqi şəxslərin təsis sənədlərində dəyişikliklər edilməsi və qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi barədə məlumatların dövlət qeydiyyatına alınması: (Hüquqi ünvan dəyişikliyi, təsisçi dəyişikliyi, direktor dəyişikliyi, nizamnamə kapitalının artırılması və ya azaldılması, ad dəyişikliyi, nizamnaməyə-əsasnaməyə edilən hər hansı digər dəyişikliklərin qeydə alınması);
-Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında Filial və Nümayəndəliklərinin ləğv edilməsi, ləğvi prosesinin aparılması və reyestrdən çıxarılması;
-Hüquqi şəxsin yenidən təşkilin (ayrılma, bölünmə və s) qeydiyyatı;
-Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya və icazələrin alınması üçün tələb olunan sənədlərin hazırlanması, toplanılması və müvafiq qurumlara müraciət edilməsi
-Əmtəə nişanları və coğrafi göstəricilərin qeydiyyata alınması
-Patentin alınması;
-Qiymətli kağızların buraxılmasının, yerləşdirilməsinin müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyata alınması;
-Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşaması ilə bağlı icazələrin və iş icazələrin alınması;
-Bütün struktur bölmələrə, o cümlədən filiallara hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
-Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
-Şirkətin maraqlarını müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında müdafiə etmək;
-İkiqat vergitutmanın aradan qaldırılması ilə bağlı DTA formalarının alınması;
-Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
-Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin edilmək;
-Korporativ hüquqi layihələrin hazırlanmasına dair təkliflər vermək və prossesdə iştirak etmək;
-Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək;
Hüquqşünas aşağıdakıları bilməlidir:
-Mülki, mülki prosesual, cinayət, cinayət prosesual, əmək, maliyyə, miqrasiya, vergi, gömrük, inzibati hüquqları;
-Müəssisənin xidmət və maliyyə fəaliyyətini müəyyən edən qanunvericilik aktlarını;
-Təsərrüfat müqavilələrinin, ümumi müqavilələrin, beynəlxalq müqavilələrin, kollektiv müqavilələrin, tarif razılaşmalarının bağlanması və rəsmiləşdirilməsi qaydalarını;
-Müasir informasiya texnologiyalarından istifadə etməklə hüquqi sənədlərin sistemləşdirilməsi, uçotu və aparılması qaydalarını;
-Hesablama texnikası, rabitə və əlaqə vasitələrini
-İşgüzar ünsiyyət etikasını;
-Kargüzarlığın təşkilinin əsaslarını;
-Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın əleyhinə təhlükəsizlik qaydalarını;
-Daxili əmək intizamı qaydalarını;
Namizədə olan tələblər:
-Hüquq elmləri üzrə ali təhsil;
-Hüquq sahəsində 3 ildən az olmayaraq iş təcrübəsi;
-Dil bilikləri: Rus və ingilis dili yüksək səviyyədə;
-Namizədin idarəçilik qabiliyyətinin olması vacibdir.
-Yaş məhdudiyyəti: 25 yaş – 55 yaş.
Şərtlər:
-Tam iş günü, iş qrafiki I-Vİ günlər,
-Əmək haqqı 1200-1500 +bonuslar.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində “ Aparıcı hüquqşünas ” qeyd etməklə göndərmələri xahiş olunur.
Vakansiyalar
-
2 ay, 2 həftə, 2 gün, 12 saat, 36 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 5 gün, 13 saat, 31 dəq
- 7 ay, 2 həftə, 5 gün, 15 saat, 24 dəq
- 10 ay, 3 həftə, 3 gün, 10 saat, 9 dəq
-
11 ay, 5 gün, 5 saat, 40 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır