Vakansiya: Android developer tələb olunur

İşəgötürən: İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi
Vakansiya: Android developer
Son tarix: 16 sentyabr 2022
Ümumi vəzifə öhdəlikləri:
-Yeni tətbiqlərin hazırlanması;
-Mövcud tətbiqlərin inkişaf etdirmək;
-Layihələrin planlanması, development’i, deploy edilməsi və fasiləsiz işləkliyinin təmin edilməsi;
-Yeni texnologiyaların araşdırılması və tətbiq olunması;
-Məhsulun biznes məntiqinin və back-end sisteminin dizayn olunması və proqramlaşdırılması prosesində iştirak;
-Back-end proqramçılarla bərabər işləmək və API-ların inteqrasiyasını təmin etmək;
-Mənbə kodlarını analiz etmək və ehtiyaca uyğun dəyişiklikləri icra etmək;
-Unit və inteqrasiya testlərinin yazılması və gündəlik tapşırıqlar üçün avtomatik alətlərin hazırlanması;
-Keyfiyyətli, effektli kodların yazılması və sənədləşdirilməsi;
-Riskləri və səmərəsiz həll yollarını aradan qaldırmaq üçün ideya və fikirlərin təhlil olunması;
-Yeni texnologiyaların araşdırılması və tətbiq olunması.
Namizədə qarşı tələblər:
-Ali təhsil (İT sahəsində təhsilə üstünlük verilir);
-İş təcrübəsi: Production mühitinə çıxarılmış bir produktun hazırlanmasıda ən azı 2 il;
-Dil bilikləri: Azərbaycan dili (əla); İngilis dilləri dili (əla);
-OOP prinsiplərini aktiv istifadə etmə təcrübəsi;
-Yeni texnologiyalari sürətlə öyrənmə həvəsi;
-Texniki bilik tələbləri: Java/Kotlin, REST, MVC, git
-UI/UX proseslərinə diqqət bacarıqı;
-Data strukturları biliyi və algoritmlər hazırlamaq bacarıqı;
-Test yazma bacarığı.
Arzu olunan tələblər:
-WebGL və HTML5 canvas bazlı grafika API’ları biliyi;
-Proyektlərin yaradılması və komandaların formalaşmasında təşəbbüskarlıq göstərmə təcrübəsi;
-Agile metodologiyaları biliyi;
-CI/CD proseslərinin qurulması təcrübəsi;
-Avtomatlaşdırılmış testlər yazma bacarığı.
Sizə nə təklif edirik?
-Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
-Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
-Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 sentyabr 2022-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Android developer”şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 1 ay, 1 həftə, 6 gün, 23 saat, 59 dəq
-
1 ay, 3 həftə, 4 gün, 19 saat, 30 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 4 həftə, 2 gün, 3 saat, 28 dəq
- 2 ay, 3 gün, 3 saat, 18 dəq
- 2 ay, 3 gün, 3 saat, 21 dəq