Unimetal HR köməkçisi axtarır

İşəgötürən: Unimetal
Vakansiya: HR Köməkçisi
Son tarix: 26 may 2022
Əsas vəzifə və öhdəliklər:
-AR-nın Əmək Qanunvericiliyinə, uyğun işçilərin işə qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi;
-İşçilərin şəxsi işlərinin hazırlanması və lazımi sənədlərin toplanması;
-Məzuniyyət, ezamiyyət, işə qəbul, işdən azad olunmaya və digər kadr kargüzarlığına aid olan sənədləri hazırlayır, imzaya təqdim edir, qeydiyyata alır, imzalanmış sənədlərin vaxtında müvafiq struktur bölmələrə təqdim olunmasını təmin edir;
-Əmək kitabçalarının əmrlər əsasında doldurulması və qeydiyyatı;
-Işçilərə cari əmək fəaliyyətləri haqqında arayışların verilməsi;
-Elektron və yazılı Əmək müqavilələrinin tərtib olunması və qeydiyyatı ;
-Əmrlərin yazılması (məzuniyyət, ezamiyyət, əvəzçilik, işə qəbul, işdən çıxma, intizam məsuliyyətinə cəlbetmə haqqında və s.);
-Kadr sənədlərinin qovluqlara yığılması, qovluqlarda sənədlərin, o cümlədən işçilərin əmək kitabçalarının tam və səliqəli şəkildə saxlanılması üçün məsuliyyət daşıyır;
-Yeni əmək kitabçalarının verilməsi , doldurulması və qeydiyyatı ;
Namizədə tələblər:
-Ali təhsil
-1-3 il iş təcrübəsi
-Yüksək səviyyədə Azərbaycan və Rus dili bilikləri mütləqdir;
-İnzibati sahədə iş təcrübəsi arzuolunandır;
-Ofis proqramları ilə iş təcrübəsi (MS Word, MS Excel, MS Outlook);
-Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
-İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.
İş şəraiti:
-AR Əmək məcəlləsinə uyğun olaraq 6 günlük iş həftəsi (şənbə- yarım gün)
-Nahar şirkət tərəfindən təmin olunur
-Əmək haqqı: 500 Azn
-Ünvan: Bakı şəh, N.Nərimanov ray., Z.Bünyadov pros.,122A
Namizədlərdən CV-lərini “HR köməkçisi” başlığı ilə göndərmələri xahiş olunur.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 1 ay, 3 həftə, 1 gün, 14 saat, 36 dəq
-
2 ay, 3 gün, 10 saat, 7 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 həftə, 18 saat, 5 dəq
- 2 ay, 1 həftə, 4 gün, 17 saat, 55 dəq
- 2 ay, 1 həftə, 4 gün, 17 saat, 58 dəq