ULTEL SƏTƏM üzrə mütəxəssis axtarır

Mütəxəssis


İşəgötürən: ULTEL

Vakansiya: SƏTƏM üzrə mütəxəssis

Son tarix: 17 iyul 2022

Müraciət üçün son tarix: 17.07.2022

Sizin əsas vəzifə öhdəlikləriniz:

-İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət edilməsi;

-Sağlamlıq və təhlükəsizlik proseslərinin idarəedilməsi;

-Şirkətin bütün işçi heyətini təhlükəsizlik qaydaları ilə tanış etmək və qanuna uyğun olaraq onlara riayət edilməsini təmin etmək;

-İş şəraitində risklərin qiymətləndirilməsi və ona uyğun tədbirlərin görülməsi;

-Əməyin mühafizəsinin yerli əmək qanunvericiliyinin tələblərinə uyğun təşkili;

-İş yerlərində təhlükələrin müəyyən olunması və risklərin qiymətləndirilməsi prosesinin idarə edilməsi, nəzarət tədbirlərinin görülməsi;

-İşlə əlaqədar xəsarətlər, zədələnmə və xəstəliklər üzrə önləyici tədbirlərin görülməsi;

-Bədbəxt hadisələrin, qəzaların araşdırılması və məruzə edilməsi;

-İlkin yardımın əsasları, ilkin xilasətmə üzrə təlimatların keçirilməsi;

-Ətraf mühitin, tullantıların idarə edilməsi;

-İş yerlərində gündəlik, həftəlik, aylıq, rüblük və illik (ümumi və detallı) yoxlamaların (inspeksiyaların) aparılması;

-İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılması;

-İşə qəbul olunanlarla giriş təlimatının aparılması, SƏTƏM üzrə dövrü təlimlərin keçirilməsi;

-Tibbi müayinədən keçirilməsinə ehtiyac olan işçilərin periodik tibbi müayinəyə yönləndirilməsinin təmin edilməsi;

-Radio giriş şəbəkə əməliyyatlarinda  təhlükəli işlərin yerinə yetirilməsinə nəzarət, təhlükəli əməliyyatlara (hündürlük, elektrik,) icazə sənədlərinin (work permit) olmasının yoxlanılması.

Sizdən tələb olunan təhsil, bacarıq və səriştəliklər:

-Müvafiq sahədə 3 il iş təcrübəsi;

-Ali təhsil (müvafiq sahə üzrə üstünlük təşkil edir);

-SƏTƏM üzrə müvafiq sertifikatlar;

-MS office proqramlarında işləmə bacarığı;

-SƏTƏM üzrə beynəlxalq standartları və yerli qanunvericiliyin tələblərini bilmək;

-Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyenanın norma və qaydalarını bilmək;

-İSO 9001:2015, İSO 45001-2018 standartının əsaslarını bilmək;

-SƏTƏM üzrə təlimatların işlənib hazırlanmasını təmin etmək;

-Bədbəxt hadisələrin, qəzaların araşdırılması və təməl səbəbinin təhlil olunması metodlarını bilmək;

-Hündürlükdə görülən işlər və yükqaldırma əməliyyatlarını bilmək;

-Sərbəst istifadəçi səviyyəsində Microsoft Word, Excel, Outlook proqramlarını bilmək.

Müraciət etmək üçün mövzü hissəsində “HSE Specialist” yazmaqla ”CV-nizi [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]