Turban Moda mühasib axtarır
İşəgötürən: Turban Moda
Vakansiya: Mühasib
Son tarix: 26 avqust 2022
Əmək haqqı namizəddən asılı olaraq 700-1,000 AZN
Vəzifəyə olan tələblər:
-1C Əməliyyat sistemində günlük əməliyyatların işlənilməsi;
-Qaimələrin tərtib edilməsi, təhvil-təslim aktlarının, hesab-fakturaların yazılması;
-Bank və kassa əməliyyatlarının mədaxil və məxarici;
-Vergi qanunvericiliyinə uyğun olaraq sənədləşmənin aparılması;
-Aylıq, rüblük və illik Vergi, DSMF və digər dövlət orqanlarına müvafiq hesabatlarının hazırlanması və təqdim edilməsi;
-Vergilər və digər dövlət qurumları ilə bağlı bütün məsələlərlə əlaqədar olaraq yazışmaların aparılması, sorğuların vaxtında cavablandırılması;
-Vergi və Mühasibatlığa aid olan qanunvericilikdə dəyişiklikləri izləmək;
-Rəhbərliyin verdiyi tapşırıqları vaxtında yerinə yetirməsi.
Namizədə olan tələblər:
-Dil biliyi: Azərbaycan dili. Rus dili və İngilis dilləri əlavə üstünlükdür;
-Təhsil: İqtisadiyyat, mühasibat uçotu və ya maliyyə sahəsində ali təhsil;
-Beynəlxalq ACCA (mühasibat uçotu) serifikatların mövcudluğu əlavə üstünlükdür;
-Müvafiq sahədə 2 il və daha çox aktiv təcrübəsinin olması;
-e-taxes.gov.az (online kargüzarlıq, E-qaimə, Depozit hesabı və s.) sərbəst işləmə bacarığı;
-1C əməliyyat sistemində sərbəst işləmə bacarığı;
-Ofis proqramlarını (Word, Excel) bilmək;
-Fərdi qaydada və komandada işləmək bacarığına malik olmaq;
-Məsuliyyətli və məsələlərin həllində təşəbbüsün göstərilməsi bacarığına malik olması.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 13 dəq
-
1 saat, 2 dəq
nv casino -Bewertung: Spieloptionen, Boni, Auszahlungen – Finden Sie alle Funktionen heraus!
- 4 saat, 45 dəq
- 11 saat
- 11 saat