Trawell Group böyük mühasib axtarır
İşəgötürən: Trawell Group
Vakansiya: Böyük Mühasib
Son tarix: 01 iyul 2023
Biz nə təklif edirik:
-Gənc və professional kollektivlə çalışmaq
-Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması
-Karyera inkişafı üçün mükəmməl şərait
-AR Əmək məcəlləsinə uyğun əmək müqaviləsi
Vəzifə öhdəlikləri:
-Şirkətdə mühasibat uçotunun təşkili və aparılmasını təmin etmək;
-Aylıq, rüblük və illik vergi (ÖMV, gəlir, mənfəət və s.) hesabatlarının tərtib edilməsi və göndərilməsi;
-DSMF və Statistika hesabatlarının tərtib edilməsi və aidiyyatı orqanlara təqdim edilməsi;
-E-Qaimə fakturalarının, VHF yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
-Mühasibat uçotunun AR Vergi Məcəlləsinin tələbləri üzrə idarə olunması və sənədləşmələrin dəqiq və vaxtında yerinə yetirilməsi;
-Mühasibatlıqla bağlı rəsmi müqavilələrin hazırlanması;
-Pul vəsaitlərinin hərəkətinin təmin edilməsi (kassa mədaxil və kassa məxaric orderlərinin yazılması);
-Maliyyə Menecerinin tapşırdığı vəzifəsinin icrası ilə bağlı digər bütün vəzifə öhdəlikləri;
Namizədə tələblər:
-Təhsil: Maliyyə, Mühasibatlıq və əlaqəli sahə üzrə Ali təhsil;
-Mükəmməl Excel bilikləri;
-Sərbəst şəkildə hesabat hazırlama bacarığı;
-Yüksək riyazi zəka, analiz etmə bacarığı və həll yönümlü olmaq;
-AR Vergi və Əmək məcəlləsi üzrə nəzəri biliklər və praktiki təcrübə;
-Rəsmi müqavilələrin hazırlanması üzrə təcrübə;
-Planlaşdırma və vaxtın düzgün idarə edilməsi bacarıqları;
-Aktiv, çevik, yeni təcrübələr öyrənməyə həvəsli və nəticə yönümlü olmalı;
-E-taxes.gov.az və isb.az portallarından istifadə bacarığı və BTB Proqramı üzrə iş təcrübəsi;
-ACCA-FA üzrə sertifikat mütləqdir (Digər ACCA və BM üzrə sertifikatlar üstünlükdür);
-Disiplin, nizam-intizam, məsuliyyətli olmaq və diqqətli, dəqiq işləyə bilmə bacarıqlarına sahib olmaq;
-İş Təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il professional iş təcrübəsi (Vergi Mühasibi vəzifəsi üzrə təcrübə mütləqdir. Maliyyə-Consulting və Xidmət sahəsi üzrə fəaliyyət göstərən şirkətlərdə təcrübəsinin olması üstünlükdür);
-Dil Bilikləri: İngilis dili;
-Yaş həddi: 30 yaşa qədər
İş şəraiti:
-İş rejimi: Həftə içi 5 gün, 09:00-18:00
-Əmək haqqı: 1000-1200 AZN (net)
-Şəhər mərkəzində yerləşən ofis
Tələblərə uyğun olan namizədlər öz CV formalarını mövzu hissədə “Böyük Mühasib” qeyd edərək [email protected] email ünvanına yollaya bilərlər.
Müraciət üçün son tarix: 30.06.2023
Vakansiyalar
-
2 gün, 3 saat, 21 dəq
How Infrastructure Affects Worker Efficiency in Smart Cities
-
5 gün, 9 saat, 10 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
1 həftə, 8 saat, 2 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 1 həftə, 8 saat, 36 dəq
- 1 həftə, 1 gün, 2 saat, 42 dəq