“Təlim üzrə Aparıcı Mütəxəssis” tələb olunur

İş yeri: OBA Marketlər şəbəkəsi, baş ofis
Vəzifə – Təlim üzrə Aparıcı Mütəxəssis
Direktorluq: İnsan Resursları
Namizədə dair tələblər:
-Təhsil: Ali təhsil (İqtisadiyyat və ya İnsan Resursları üzrə)
-Kompüter bilikləri: MS Office (excel yaxşı səviyyədə)
-Müvafiq sahədə 1-3 il iş təcrübəsi
-İntizamlı, təşəbbüskar, kommunikasiya bacarığı, təşkilatçılıq bacarığı
Vəzifə öhdəlikləri:
-Təlim proqramlarının və təlimçilərin effektivliyinin qiymətləndirilməsi və təkmilləşdirilməsi üçün gərəkli tövsiyələr vermək;
-Təlim və inkişaf nəticələri əsasında karyera yüksəlişinin həyata keçirilməsini təmin edən layihələri və prosesləri tətbiq etmək;
-Təlim və inkişaf proqramlarının dizayn olunmasına və həyata keçirilməsinə dəstək olmaq;
-İR üzrə beynəlxalq trendləri izləmək və il ərzində bir neçə dəfə İR komandalarına təqdimatların keçirilməsini təmin etmək;
-Təlimlərin İdarəedilməsi Sisteminin (LMS) tətbiq edilməsində dəstək olmaq;
-İşçi heyətindən gələn təlim və inkişaf tələblərinin qeydə alınması və analiz edilməsi təmin etmək;
-İşçilərin inkişaf planına uyğun olaraq təlim və inkişaf proqramlarını araşdırmaq və təmin etmək;
-İstedadların təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi üçün görüşlərin keçirilməsini və karyera inkişafı istiqamətində işlərin təşkil edilməsini təmin etmək;
-İstedadların performans göstəricilərini analiz etmək;
-Zərurət yarandıqda İR ilə bağlı müxtəlif mövzuları əhatə edən layihələrdə iştirak etmək;
-Keçirilən sorğuların nəticələri barədə təqdimatlar hazırlamaq;
Əlavə təminatlar:
-Nahar
-Korporativ nömrə
-Servis xisməti
-İş qrafiki:
-İş saatları 09:00 – 18:00;
-Nahar fasiləsi: 13:00-14:00
-Şənbə və Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Təlim üzrə Aparıcı Mütəxəssis ” yazaraq e-mail [email protected] ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 1 ay, 1 həftə, 3 gün, 9 saat, 2 dəq
-
1 ay, 3 həftə, 1 gün, 4 saat, 33 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 3 həftə, 5 gün, 12 saat, 31 dəq
- 2 ay, 12 saat, 21 dəq
- 2 ay, 12 saat, 24 dəq