Technovera IT sahəsi üzrə satış mütəxəssisi axtarır

İşəgötürən: Technovera
Vakansiya: IT sahəsi üzrə Satış mütəxəssisi
Son tarix: 05 sentyabr 2022
Vəzifə öhdəlikləri:
-Yeni perspektivlərin araşdırılması və telefon zənglərinin edilməsi
-Rəhbərlik və şirkət nümayəndələri ilə görüşlərin vaxtının müəyyən edilməsi
-Məhsula dair prezentasiya və təqdimatların edilməsi
-Satış öncəsi xidmətlərdən konsaltinq/icraya uğurlu keçidin həyata keçirilməsi üçün satış üzrə mühəndislərlə sıx işləmək
-Bulud həllərinə başlamaq və genişləndirməkdə satış üzrə mühəndislərlə sıx işləmək
-Planlaşdırılan həllər barədə baxış və mövqeləri izah etmək
-Müqavilə şərtlərinin razılaşdırılması və müştəri üçün qiymətlərin hazırlanması
-Tələb olunduğu təqdirdə, problemlərin rəhbərliyin nəzərinə çatdırılması
-Tələb olunduğu təqdirdə, müştərilərin iş yerlərinə səfər etmək, konfranslarda iştirak etmək və s.
-Korporativ müştərilərin texniki, maliyyə və təşkilatı tələblərini və ya çətinliklərini analiz etmək
-Şirkət daxilində və xaricində müştəriləri cəlb etmək
Tələb olunan bilik və bacarıqlar:
-Ali təhsil (IT texniki təhsili olan namizədə üstünlük verilir)
-B2B sahəsində iş təcrübəsi olmalıdır (Vacibdir)
-Korporativ müştərilərə IT sahədə satış və ya xidmət sifarişlərinin və həllərinin idarə olunması sahəsində 3-5 il iş təcrübəsi
-Microsoft Office proqramlarında (Word, Excel and PowerPoint) sərbəst işləmə bacarığı
-CRM Microsoft (Customer Relationship Management)
-Brend və məhsul barədə məlumatlı olmalı
-Peşəkar səviyyədə müştərilərlə əlaqə yaratmaq bacarığına, təşkilatçılıq və detallara fikir vermək qabiliyyətinə və öz sahəsi üzrə təkmilləşmək istəyinə malik olmalı
-Texniki sahə üzrə də daxil olmaqla, çox yaxşı şifahi və yazılı ünsiyyət bacarığı
-IT və IT yönümlü xidmət və həllər barədə dərin məlumatlı olmaq
-Bulud məhsullarının bütün növləri barədə dərin bilik və təsəvvürə malik olmaq
-Bulud texnologiyaları sahəsində müştərilərlə iş üzrə biznes stimulları barədə məlumatlı olmaq
-Əlavə iş saatlarında rahat çalışa bilmək imkanı
-Ezamiyyənin nəzərdə tutulması
İş qrafiki:
-Həftə içi 5 gün saat 09:00-18:00, şənbə 09:00-13:00
-Korporativ nömrə (korporativ paket),
-Əməkhaqqı: müsahibə zamanı açıqlanır
-Ünvan: Bakı şəh, World Business Center
Tələblərə uyğun şəxslər CV formalarını [email protected] elektron poçt ünvanına, mövzu hissəsinə “Satış mütəxəssisi” yazaraq göndərə bilərlər.
Vakansiyalar
-
5 saat, 9 dəq
NOVCO Group of Companies korporativ satış mütəxəssisi axtarır
- 5 saat, 18 dəq
- 5 saat, 19 dəq
- 5 saat, 21 dəq
- 5 saat, 27 dəq