“Təchizat üzrə mütəxəssis” tələb olunur

Mütəxəssis


İş elanını dərc edən – Zeytun Pharmaceuticals
Vakansiya – Təchizat üzrə mütəxəssis
Tələblər:
-Ali təhsil;
-Ingilis və rus dillərində mükəmməl ünsiyyət qurma və yazı bacarığı;
-Kompüter bilikləri: MS Office proqramları və 1C-də işləmək bacarığı
-Araşdırma aparmaq və analiz etmə qabiliyyəti;
-Satınalma müqavilələrinin tərtibatı üzrə ümumi anlayış;
-Dərman və tibbi ləvazimatlar üzrə 2 ildən artıq iş təcrübəsi.
Vəzifə öhdəlikləri:
-Satınalma prosesini vaxtında,prosedur və qaydalara uyğun olaraq icra etmək.
-Bazarın təhlili,tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarda araşdırılması;
-Ən uyğun təchizatçı və tədarükçülərin seçimi,yazışmaların və danışıqların aparılması,görüşlərin təşkili;
-Dərman və tibbi ləvazimatların təchizatı ilə bağlı müqavilələrin şərtlərinin müəyyən olunması,hazırlanması və həyata keçirilməsinə nəzarət;
-Dərman və tibbi ləvazimatların logistika məsələlərinin həllinə dəstək olmaq;
-Təchizatçı və tədarükçü bazasının yaradılması,təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
-Hesabatların hazırlanması və analizi.
İş şəraiti:
-İş qrafiki: I-V günlər, 09:00-18:00
-Əmək haqqı müsahibə əsasında bilik, təcrübə və iş bacarığına əsasən müəyyən edilir.
-Nahar şirkət tərəfindən təmin olunur;
-Tibbi siğorta ilə təmin olunma;
Vakansiyanın adını qeyd edərək e-mail adresinə [email protected] göndərməyiniz xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]